[
Yaralı xəyallarım danışmaq lazımdı bəzən, susmaq artıq çarə deyilsə…
İzah etməyə başlamalı bir yerdən, ən başda özündən,
Başlayıram elə isə dayan və qulaq as;
Dəyişdi həyatım, bütün dəyişməyə məhkum həyatlar kimi,
Gecələr dəyişdi qaranlıq və mənasız,
Mövsümüm illərdir payız rəngi solğun,
Ürəyim yorğun ayazda qalmış biçarə donuq...
Eyni mahnılar fərqli mənalar qazandı, halbuki mahnılar bu qədər içimi ağrıtmazdı,
Günəşi sevən mən, ay işığında işıqlandırmağa çalışdım dünyamı və...
Ulduzlar başqa cür parladı səmada….
Təkliyimi izah etmək istəyərcəsinə...
Ağır-ağır çəkdim pərdələri
Siyirtməyə gizlədim uşaqca olan sevincləri
Böyüdüm sanki xərclədim illəri
Ümid etdiyimdən yetkin yaşadım ayrılığı
Bağladım qapıları yığdım xatirələri
Tökdüm dənizlərə
Səninlə bağlı bir müqavilə bağladım içimdə
Sən təkcə ağlıma gələ bilərdin
Ürəyimə yaxınlaşmayacaqdın,
Düşünəcəkdim amma toxuna bilməyəcəkdim,
Kədərlənəcəkdim bəlkə amma ağlamayacaqdım…
Elə etdim və altına imzamı atdım…
Və sən bütün qaydaları pozdun,
Edam etdin ürəyimi, sənə gəl dedim gəlmədin….
Rahat burax gecələrimi, yuxularımı...
Kabus olma, hələ içimdəsən getmirsən,
Bitmirsən...
Get …
Tərki Diyar yollarında indi ürəyim,
İncidim kobud rəftar edildim,
Əlimdə tək qalan darmadağın ümidlərim
Bacardın ən sonunda oldu bax istədiyin
Mənim yaralı xəyallarım…
Həmişə eyni olmaq məcburiyyətindədi ayrılıqlar, təkliyimin səsini kimsə dinləmədi…
Mən təkliyimi qışqırdım,
Amma,
Heç kim eşitmək istəmədi…
Yaralı xəyallarım
Printable View
-
04-21-2010, 09:08 AMPOWER_RANGERSYaralı xəyallarım
-
04-21-2010, 01:43 PMcanbellRe: Yaralı xəyallarım
cox sag ol.ela sherdi :meyus:
