[
Həyat bizə xoşbəxt olma şansı vermədi sevgilim. Önümüzə bir çox problem yaratdı. Ən böyük problem də etibarsızlıq idi. Keçmişdən gələn etibarsızlıqlarımızı bir-birimizdə dedik. Güvənə bilmədik güvənmək istəmədik. Bilirdik yenə acı çəkəcəkdik. Və bu acını çəkməkdənsə həyatımızı sadə bir şəkildə keçirmək istədik.
Nə sən sevgidən yana oldun nədə mən… Qorxularımızın əsiri olduq. Bir-birimizdən uzaqlaşdıqca uzaqlaşdıq. Əslində bir addım qədər yaxınkən uzaqlaşmağı seçdik. Yaxınlaşmaq bizə yenə acı verəcəkdi bilirdik. Yarım qalan sevdalarımızı da götürdük yanımıza keçmişin izlərini silə bilmədən başlaya bilmərik dedik özümüzdən başqa kimsəyə demədik. Özümüz belə dilə gətirə bilmədik bunu. Darıxdıq, həsrət çəkdik, maraqlandıq… Amma bir salam deyə bilmədik bir-birimizə. Qorxduq, yenidən sevib acını yenidən həyatımıza götürməkdən qorxduq…
Sən bir dəniz şəhərinin kiçik bir qəsəbəsindəykən mən sahilin ən kimsəsiz yerində qağayıların səsində səninlə danışdım. Eşitmədin dinləmədin məni. Darıxdım dedim nöqtə dedin. Nöqtələr mənim həyatımı təsvirlər. Sən nöqtə dedikdə bir müddət sonra həyat çəkilməz mənasız gəlməyə başladı. Bitən hər nağıl kimi bizim nağılımızda bitdi.
Hər nağıl gözəl bitər amma bizim nağılımız başlamadan bitdi…
Nağıl ədasında yazılsa da sevdalar. Bilinməsi istənsə də yuxular. Biz qorxduq və qaçdıq. Demişdik bizim hər şeyimiz yarım bəli əslində bizlər özümüz yarımdıq və yarımlarımızla qaldıq…
Yaşanmadan bitən həyat nəfəs almadan bitən ömür kimi BAŞLAMADAN BİTDİ NAĞILIMIZ... :meyus:
Bəs sizin başlamadan bitən nağılınız varmı?
Başlamadan bitdi nağılımız
Printable View
-
03-31-2010, 11:50 PM_ultrAslan_Başlamadan bitdi nağılımız
