[
Bildiyim kiçik bir məzarlıq vardır öncədən sevdiyim, dəyər verdiyim insanların
basdırıldığı...
Onlar həyatda yaşasalar da, mənim üçün əbədiyyən ölüblər. O məzarlıqda mənə xəyanət edənlər basdırılıb.Bəzən küçələrdə gəzərkən məzarların yanında dururam, çiçək qoyuram, bəzən də qarşılarından keçirəm. Məzarlıq mənim içimdədir. Onun varlığından heç kimin xəbəri yoxdur, kimsə buranı çirkləndirmir, zibil atmır, yabanı otlar bitmir məzarların üzərində, bura həmişə təmiz və gözəldir... Burda mənim bir zamanlar dəyər verdiyim insanlar yatır. Ara-sıra küçədə onlarla rastlaşıram, danışıram və yoluma davam edirəm. Ürəyim ağrımır, onlar ölüdürlər çünki. Onlar bunu bilmir, amma mən bilirəm... Mən basdırdım onları... acı və küskünlük hiss etməmək üçün, onları görəndə arxamı çevirib arxalarından pis şeylər danışmamaq üçün basdırdım. “De mortius aut bene, aut nihil”-ölənlər haqqında pis danışılmaz.
İnsana nə qədər çox dəyər verirsənsə, onu basdırmaq da o qədər də çətin olur. O məzara uzanmaq istəmir, ağlından və içindən çıxmamaq üçün, həyatda qalmaq üçün çabalayır. Buna görə də hər gün onu yenidən basdırmaq lazım gəlir. Səni Sevirdim...
Ən gözəl çiçəklər, ən gözəl məzar sənin olacaq və sən orada yatmaq məcburiyyətində olacaqsan.
Üzr istəyirəm, amma ancaq belə rahat olaram, ancaq bu şəkildə acı çəkmərəm...
Ən gözəl məzarlıq...
Printable View
-
03-29-2010, 01:21 PM_ultrAslan_Ən gözəl məzarlıq...
-
03-29-2010, 01:34 PMcanbellRe: Ən gözəl məzarlıq...ela fikirdi.insani diri diri basdirmag :DAlıntı:
_ultrAslan_ Nickli Üyeden Alıntı
