Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlke röya idim səninçün
Oyandın və mən bitdim
Məni gözəl xatırla!
Çünki sevdim sənin mən, her şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım
Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şerlər yazdım hər gecə çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Sənden əvvəlkilər kimi səndə başa düşmədin
Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda
Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Səvincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Teeccübləndirməyi sevirem bilirsən
Buda sənə son sürprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözel xatırla!
Məni gözəl xatırla
Printable View
-
03-15-2010, 12:44 AMGLAMOURKAMəni gözəl xatırla
-
03-15-2010, 03:44 AMcanbellRe: Məni gözəl xatırla
Huseyin meni xatirlamasan da dediyimi unutma!Mende o shekilden isteyirem :sorry: Soz vermisen :wink:
-
03-15-2010, 02:35 PMKralica_Re: Məni gözəl xatırla
cannn
canim bu sozlerden sonraAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
seni xatirlamaz olurmu :wink: ? -
03-15-2010, 03:02 PMDamla1Re: Məni gözəl xatırla
gelende ilk bahar xatirla meni.... :dance: :dance: bele mahni var e
:dance: :dance:
