Sənin olmadığın bir şəhərdə...
Yanğını olmadığın bir ürəkdə...
Nəfəsi olmadığın bir bədəndə...
Həyat davam edir!
Yalnız yaşadığından və yaşatdığından ibarətdir həyat!
Hər bitən gün başlayacaq yeni bir günün xəbərçisidir!
Eynilə sevdalar kimi...
Biri gəlir... Biri gedər...
Gələn gedəni axtartdırar deyərlər amma ...
Gələn gedəndən daha ürəkli çıxar!
Mən günəşi ümidlə yola salıram ki,
Gecəyə ümidlərimlə təkrar doğulsun deyə!
Səni gözyaşlarımla birlikdə axan nifrətimlə yola saldım!
Hər damlada layiq olmadığın məni və mənliyimi səndən geri ala bilərəmmi deyə !
Bir daha dönmə deyə...
Dönməyi düşünmə deyə...
Döndüyündə məni deyil,
Nifrətə susamış gözlərimi görəcəyini bil deyə...
Qavra!
Düşünmə!
Niyə deyə soruşma deyə...
Bədənim sənsiz də nəfəs alacaq!
Dünya sənsiz də dönəcək...
Dönəcək unutma!
Və ürəyinə, əllərinə, gözlərinə söyləyirəm...
Dinlə!
Nifrətimsən...
Halbuki ...
Nəfəsim idin!
Nəfəsim idin...
Printable View
-
03-14-2010, 04:52 PMje_demeureNəfəsim idin...
-
03-14-2010, 04:54 PMGLAMOURKARe: Nəfəsim idin...
Sənin olmadığın bir şəhərdə...
Yanğını olmadığın bir ürəkdə...
Nəfəsi olmadığın bir bədəndə...
Həyat davam edir! :( -
03-14-2010, 05:29 PMAgLaYaN_BuLuDRe: Nəfəsim idin...
:alqis:
-
03-14-2010, 08:51 PMcanbellRe: Nəfəsim idin...
Nifrətimsən...
Halbuki ...
Nəfəsim idin ::yerivar:: :alqis: -
03-14-2010, 11:29 PMPOWER_RANGERSRe: Nəfəsim idin...
:alqis: cox sag ol
-
03-15-2010, 10:42 AMKralica_Re: Nəfəsim idin...
:cry: :cry:
