Mənə dedilər ki, həyat baldı. Sadəcə bəzən çox şirin olur.
Mən də aldım bu baldan amma zəhər çıxdı.
“Deyilənə görə bu balın insanlara xeyiri var
[
Mənə dedilər ki, həyat çiçəkdi. Sadəcə bəzən tikanlı olur.
Mən də aldım bu çiçəkdən amma ətri çox pis idi.
Deyilənə görə insanlar çiçək ətri verər.
[
Mənə dedilər ki, həyat bir qələmdi. Sadəcə bəzən mürəkkəbi tökülüb ağ kağızı pinti edir.
Məndə aldım bu qələmdən amma yazmadı.
Deyilənə görə gözəl xətti olanlar üçündür bu qələm.
[
Mənə dedilər ki, həyat bir əsərdi. Sadəcə səbrlə oxumaq lazımdı.
Mən də aldım bu kitabdan amma oxuduğum ən pis əsər oldu.
Deyilənə görə müəllifi mən idim.
[
Mənə dedilər ki, həyat bir evdi. Sadəcə bəzən təmirsizdə ola bilir.
Mən də aldım bu evdən amma tavansız çıxdı.
Deyilənə görə buranın isti abu-havası olur.[
Mənə dedilər ki, həyat oyundu. Sadəcə bəzən uduzacaqsan.
Məndə oynadım bu oyundan amma o qədər cığallıq gördüm ki.
Deyilənə görə bu oyunda uduzan bir daha oynaya bilməz.
[
Mənə dedilər ki, həyat bir libasdır. Sadəcə bəzən əynivə olmaya da bilər.
Mən də aldım bu libasdan amma cırıq çıxdı.
Deyilənə görə insanı geyimi ilə qarşılayırlar.
[
Mənə dedilər ki, həyat bir mahnıdı. Sadəcə bəzən səsini yüksək vermə.
Məndə dinlədim bu mahnını amma heç zövqümcə olmadı.
Deyilənə görə xoşbəxtlər üçün yazılmış mahnıdır.
[
Mənə dedilər ki, həyat bir qapıdı sadəcə bəzən sınıqda olur.
Məndə yaxınlaşdım bu qapıya amma qıfılı var idi.
Deyilənə görə açarı aşiqlərin əlindədi.
Dediler....
Printable View
-
03-10-2010, 04:36 PMGLAMOURKADediler....
-
03-10-2010, 05:29 PMRuzgar_GuluRe: Dediler....
:meyus: yaxsi :alqis: :alqis: ::yerivar::
-
03-10-2010, 05:52 PMje_demeureRe: Dediler....
cox qesengdi canim...Tesekkurler
-
03-10-2010, 08:56 PMAgLaYaN_BuLuDRe: Dediler....
:alqis:
-
03-10-2010, 10:55 PMcanbellRe: Dediler....
Mənə dedilər ki, həyat oyundu. Sadəcə bəzən uduzacaqsan.
Məndə oynadım bu oyundan amma o qədər cığallıq gördüm ki.
Deyilənə görə bu oyunda uduzan bir daha oynaya bilməz. :cool: Kim deyib duz deyib,elaaaaaaa,eledi ki var.movzuya gore tesekkurler :alqis: -
03-11-2010, 01:24 PMKralica_Re: Dediler....
Mənə dedilər ki, həyat bir qələmdi. Sadəcə bəzən mürəkkəbi tökülüb ağ kağızı pinti edir.
Məndə aldım bu qələmdən amma yazmadı.
Deyilənə görə gözəl xətti olanlar üçündür bu qələm. :cry: :cry:
