Endi gözümüzə həsrətin çəni
Hicran yaman yerdə haqladı məni
Bu kədər yağışlı ayrılıq günü
Əlvida Demirəm, Görüşəcəyik...
~~~~~~~~~~~~~~~
İndi ağlayırıq biz için-için,
Sonu gələcəkmi bu qəmli köçün?
Hələlik deyirəm, təsəlli üçün
Əlvida demirəm, görüşəcəyik.
~~~~~~~~~~~~~~~
Bu qəmin əlində sola bilmərik,
Bir başqa sevgidə yana bilmərik,
Mən sənsiz, sən mənsiz qala bilmərik
Əlvida Demirəm, Görüşəcəyik.
~~~~~~~~~~~~~~~
Gəldi bu ayrılıq dərd, qada kimi,
Batdıq qəm gölündə bir ada kimi,
Son bir nəğmə kimi, son səda kimi,
Əlvida Demirəm, Görüşəcəyik.
~~~~~~~~~~~~~~~
Qalandım məhəbbət ocağına mən,
Nə deyim sevginin bu çağına mən?
Bu inad həsrətin acığına mən
Əlvida Demirəm, Görüşəcəyik...
Əlvida Demirəm, Görüşəcəyik
Printable View
-
02-24-2010, 09:15 PMPOWER_RANGERSƏlvida Demirəm, Görüşəcəyik
-
02-25-2010, 12:30 AM_SoMMeT_Re: Əlvida Demirəm, Görüşəcəyik
:alqis: aferin!! sendemi sair oldun? :D
-
02-25-2010, 12:04 PMPOWER_RANGERSRe: Əlvida Demirəm, Görüşəcəyikyox bedaheten geldi :DAlıntı:
_SoMMeT_ Nickli Üyeden Alıntı
-
02-25-2010, 01:53 PMAgLaYaN_BuLuDRe: Əlvida Demirəm, Görüşəcəyik
aferin
