Kimsənin yoxlugu bu qədər qorxutmadı məni..Özümü çətin günlərin insanı sayıram artıq.Çünki sən yoxsan....Özümü yarım hiss edirəm və sən məndən uzaq oldugun qədər mən tam ola bilməyəcəm.Dərdlənmə deyəcəksən,dərdlənmirəm.Sadəcə özümdə ümid qırıntılarından başqa heçnə görmürəm.
Harda oldugunu bilmək və dönəcəyin ümidilə yaşamaq da aldatmır məni.. Hər səhərə sənsiz oyanmaqdan, hər günün sənsiz keçməsindən qorxuram artıq. Buna görə oyanmaq istəmirəm "yatdığım yuxular" dan. Və gecələr... Nə ulduzları görürəm nə də gecənin səsini eşidə bilirəm. Saniyələrin nə qədər bitməz olduğunu görürəm, çaşıram. Zamanı bu qədər keçməz edən sənsizliyə lənət edirəm. Bildiyim bütün həsrət mahnılarını ard arda əlavə edib söyləyirəm,Səsimi özüm belə eşitmirəm.....Kədərlərlə qərq olub gedirəm.. Ertəsi gecə bir dəfə daha... Hər gecə eyni kədər... Səndən bir iz görəcəyəm deyə küçələrə çıxmıram artıq. Bu şəhərin hər yerində sən varsan, bilirəm və heç bir künc başından çıxmayacaqsan üstəlik.Yalnız sən varsan mənimlə,yaşanıb gedirsən mənimlə birlikdə.Amma heç görmədi gözlərin gözlərimdəki kədəri ,qəmi..Ən çox acı verən budur.Məsafələr qovuşmaga imkan vermir.Səni gördüyüm an tək istəyim zaman dayansın. Yaşamaqsa yaşayıram əlbəttə şairin dediyi kimi "səndən uzaq olduqdan sonra harada olsa yaşayır insan" yoxluğunu qəbul etmək belə çətinkən heç olmamaq ehtimalını düşünə bilmirəm belə. Gün doğulur, gecə bitir.
Təbiətdəki hər canlı yeni bir səhərə oyanır, hər şey canlanır.
O sevdiyin göyərçinlər belə qanad çırpıb yeni bir günü müjdələyir mənə.
Mən isə oyanmaq üçün səni gözləyirəm, yalnız səni...
Gözlərinə baxmadan, gülüşünlə oyanmadan başlayan bir günü, gün saymıram mən.
Sənin səsini eşitmədən, sənin qoxunu hiss edə bilmədən başlayan yeni bir gün köhnəsindən fərqsiz keçir mənim üçün. Səninlə başlayıb, səninlə də bitəcək bu ömür.
Səninlə güldü ,sənsiz ağlamasın bu gözlər.
Gözləyəcəyəm səni, çətin olacaq, çox çətin olacaq amma gözləyəcəyəm.
Bu yarım ürəyimin digər yarısı yəni sən... GƏLƏCƏKSƏN DEYİLMİ?
Gələcəksən deyilmi?
Printable View
-
02-22-2010, 01:46 AMAgLaYaN_BuLuDGələcəksən deyilmi?
-
02-22-2010, 07:11 AMje_demeureRe: Gələcəksən deyilmi?
::yerivar:: :meyus:
geler patron geler bu seiri görse mutleq geler :) -
02-22-2010, 12:26 PMAgLaYaN_BuLuDRe: Gələcəksən deyilmi?
:meyus:
-
03-05-2010, 05:32 PMnueva_vidaRe: Gələcəksən deyilmi?
ay goresen kimi ele gozleyirsen? je_demeure demis , geler patron :D
-
03-05-2010, 05:35 PMdalgalarRe: Gələcəksən deyilmi?arxasina baxmadan geden bir insanin donmesi vacib deyil. zaten donsede tekrar gedecek.Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
