Səninlə olmağın ən gözəl tərəfi nədi bilirsənmi? Əlin əlimə dəymədən, ovuclarımı tərlədən istiliyini içimdə hiss etmək.
Səninlə olmağın ən pis tərəfi nədi bilirsənmi? "Səni sevirəm" sözü dilimin ucunu sanki dişləyərkən, hər görüşdüyümüzdə boş yerə saatlarla havadan sudan danışmaq.
Səninlə olmağın ən həyəcanl tərəfi nədi bilirsənmi? Eyni şeyləri səninlə eyni anda düşünmək, birlikdə ağlamaq, gülmək. .Və yanımdaykən səninçün çılğınca darıxmaq.
Səninlə olmağının ən acı tərəfi nədi bilirsənmi? Adamlarla, səni digər dostlarınla paylaşmaq... Telefonda danışdığın, yolda qarşılaşdığın insanları, uşaq kimi qısqanmaq. Yaşadığın köhnə eşqləri dinləmək.
Səninlə birlikdə olmağın ən xoşbəxt tərəfi nədi bilirsənmi? Tanış bəzi insanlarla görünmə narahatlığı ilə yollarda getmək yan-yana... Əlimdəki çətirə inad, yağışda islanmaq birlikdə. Əlimdə qızılgül ilə səni gözləmək... Eyni məkanlarda eyni yeməkləri yemək...
Səninlə olmağın ən romantik tərəfi nədi bilirsənmi? Sənsiz gecələrdə sənə söyləyə bilmədiklərimi ulduzlara, aya izah etmək. ..Oxuduğum kitabın səhifələrində, dinlədiyim mahnıların, şeirlərin hər misrasinda səni tapmaq.
Səninlə olmağın ən çətin tərəfi nədi bilirsənmi? Səni itirmə qorxusuyla, həyatda ilk dəfə daddığım o tərifsiz duyğularımı, ümid dənizinin ortasında kürəksiz bir qayığa həbs etmək... Sevimli yerinə illərcə dost qalmağı bacarmaq. Ayaqyalın getmək bıçağın ən iti yerində. Qanadıqca duz yerinə göz yaşlarımı basmaq ürəyimə.
Səninlə olmağın tək əks təsiri nə bilirsənmi? Haradan biləcəksən? Sən mənimlə heç olmadın ki! Olsaydın ovuclarım tərləməzdi... Dişləməzdim dilimin ucunu... Darıxmazdım sən yanımdaykən... Qısqanmazdım. Qorxmazdım yollarda getməkdən... İslanmazdım yağışlarda... Ulduzlara, aya dərd yanmaz, belə hər mahnıda pis olmazdım.
Qorxmazdım səni itirməkdən, ayaqlarım qan rəvan, tullanardım qayıqdan dənizə...
Və hər dəfə qışqırardım səni sevdiyimi...
Sən heç mənimlə olmadın ki...
Ya ağılın başqaa yerlərdə idi, ya ürəyin!
NuriyeV Production
Səninlə olmaq...
Printable View
-
02-15-2010, 08:13 PMNuriyeVSəninlə olmaq...
-
02-15-2010, 08:22 PMAgLaYaN_BuLuDRe: Səninlə olmaq...:meyus:Alıntı:
Səninlə olmağın ən gözəl tərəfi nədi bilirsənmi? Əlin əlimə dəymədən, ovuclarımı tərlədən istiliyini içimdə hiss etmək.
-
02-15-2010, 08:33 PMRuzgar_GuluRe: Səninlə olmaq...
Sən heç mənimlə olmadın ki... :meyus:
-
02-15-2010, 10:57 PMje_demeureRe: Səninlə olmaq...
ister istemez tesir edir adama :( her kes bu yazida ozunden bir seyler tapa biler mence :( Tesekkurler
-
02-16-2010, 04:15 PMrihannaRe: Səninlə olmaq...
SENINLE OLMAQ cehennemi yasharken bele cennetde olmaq kimidir.
-
02-16-2010, 06:32 PMnigar_01Re: Səninlə olmaq...
:alqis:
-
02-16-2010, 07:08 PMNuriyeVRe: Səninlə olmaq...uyku güzel şeydir :lol:Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
02-16-2010, 09:29 PMdalgalarRe: Səninlə olmaq...
Səninlə olmaq aclığı yaşayarkən tox olmaq kimidir
Səninlə olmaq cehennemi yaşayarkən belə cənnətdə olmaq kimidir.
Səninlə olmaq azadlığa qovuşmaq kimidir
Səninlə olmaq dünyaya yenidən doğulmaq kimidir
Səninlə olmaq komada ölüm döyüşü verən xəstənin yaşmına dönməsi kimidir
Səninlə olmaq dünyaya baş qaldırmaq kimidir
səninlə olmaq şərəfsizə, namərdə meydan oxumaq kimidir
səninlə olmaq həyatla, ezaba qorxusuzca döyüşmək kimidir
səninlə olunca derde de razıyam, acıyada, aclığada
çünki dünyadakı ən böyük acı sevdiyinlə olmamaqdır
çünki dünyanın ən böyük aclığı sevdiyinin sevgisini kazananamktır
çünki dünyananın ən böyük əziyyəti sevdiyindən ayrı yaşamaqdır
bəli sevgilim mən səninlə olunca dünyanın ən böyük zənginliyinə sahibem
