Dubayda yerləşən dəvə fermasında 3 mindən çox heyvan saxlanılır.
Burda sadəcə dəvələrin ətindən deyil südündən də istifadə edirlər. Həm də dünyanın ilk dəvə sütündən hazırlanan şokoladlarını istehsal edərək.
Əl Nassma adlı şirkət şokoladları uzun prossesdən sonra istehsal edir. İlk olaraq dəvələrdən sağılan süd tozlaşdırılır. Daha sonra Avstriyanın paytaxtı Viyanaya göndərilir. Burada Madaqaskardan gətirilən vanel, Qanadan gətirilən kakao və Fildişi sahilindən gətirilən gizli maddələrlə qarışdırılaraq südlü şokolad istehsal edilir. Yeyərkən insanın ağzında əriyən şokolad ilk dəfə yeyənlərin ağzında duzlu tam əmələ gətirir.
Dubay şeyxi Əl Maktumun da bu şokoladları çox sevdiyini deyən şirkətin sahibi bir ildir ki, istehsal etmələrinə baxmayaraq satılan dəvə südündən hazırlanmış şokoladların miqdarının yüz minlərlə tona çatdığını deyir.
Dubaya yolu düşənlər bu yeni dadı kəşf etmək istəsələr elə Dubay hava limanından hər hansı satıcıya soruşmaları kifayətdir.
Dəvə südündən şokolad hazırlanıb
Printable View
-
02-10-2010, 12:32 PMNuriyeVDəvə südündən şokolad hazırlanıb
-
02-10-2010, 01:01 PMPOWER_RANGERSRe: Dəvə südündən şokolad hazırlanıb
Nico ne vaxt gedirik Dubaya ? :D
