Çin Səddi təkrar tikildi, amma bu səfər şokoladdan...
[
Çinin ən böyük simvolu Çin Səddi təkrar tikildi, amma bu səfər şokoladdan. "China Daily" qəzetinin xəbərinə görə, bir qrup Çinli şirniyyatçı tərəfindən hazırlanan və "Dünya Şokolad Möcüzələr Diyarı"nda sərgilənəcək "Şokolad Səddi" 10 metr uzunluğundadir.
Qara şokoladdan hazırlanan kərpiclərin ağ şokolad ilə yapışdırıldığı "Yeni Çin Səddi"nin istehsalında, səddin əriməməsi üçün xüsusi qatqı maddələri istifadə edildi.
Pekində bu ayın sonunda açılacaq "Dünya Şokolad Möcüzələr Diyarı" üçün tikilən "Şokolad Səddi" ilə yanaşı parkda bir çox Çin möcüzəsi və şokoladdan "Terra Kota" döyüşçülərinin 560 fərqli nümunəsi sərgilənəcək.
Beynəlxalq şokolad istehsalçılarının da qatılacağı fəaliyyətdə, şokolad istehlak etmə vərdişi olmayan milyardlarla Çinlinin şokolada marağının artırılması ümid edilir.
Şokolad ilə son illərdə tanış olan Çin, dünyadakı şokolad istehsalçılarının diqqətini çəkən ən böyük bazarlardan biri olma yolunda irəliləyir.
Çinde olsaydim keskee... :sorry:
Re: Çin Səddi təkrar tikildi, amma bu səfər şokoladdan...
cox sag ol xeber ucun maraqlidi
Re: Çin Səddi təkrar tikildi, amma bu səfər şokoladdan...
bizede pay gondersinler xebere gore cox sag ol sokolatli xanim
Re: Çin Səddi təkrar tikildi, amma bu səfər şokoladdan...
Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
bizede pay gondersinler xebere gore cox sag ol sokolatli xanim
Pay gonderseler bele men veren deyilem hec kime :)