Azərbaycanın simsiz internet bazarına yeni operator gəlir
Yanvarın 1-dən xidmət göstərməyə başlayacaq
Gələn ili yanvar ayının 1-dən etibarən Delta Telecom mobil “WiMAX” texnologiyası bazasında simsiz internet xidmətlərini göstərməyi planlaşdırır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,
bu vaxtadək istifadəçilər tarif paketləri, sürət və mobil “WiMAX” avadanlıqları haqqında tam məlumat alacaqlar.
Şirkətin texniki direktoru Rahid Ələkbərli deyib ki, “Delta Telecom” şirkətinin Azərbaycanda təqdim edəcəyi mobil “WiMAX” üçün tariflər 10 manatdan 100 manata qədər olacaq.
Şəbəkənin optimallaşdırılmasına artıq başlanılıb, əhatə dairəsinin genişləndirilməsi istiqamətində də işlər aparılır.
İlk mərhələdə “WiMAX” xidmətləri Bakı və Abşeron yarımadasında göstəriləcək. Şəbəkənin ölkə regionlarını əhatə etməsi də şirkətin əsas məsələlərindəndir.
“Delta Telecom” nümayəndəsi şəbəkənin ilkin istismar mərhələsində müəyyən problemlərin ola biləcəyini də istisna etməyib.
Xatırladaq ki, Azərbaycanda “WiMAX” texnologiyası bazasında xidmətlər artıq “AzQtel” şirkəti tərəfindən təqdim olunur.
Simsiz internet bazarına yeni operator gəlir
Printable View
-
01-06-2010, 02:00 AMsuzi333Simsiz internet bazarına yeni operator gəlir
-
01-06-2010, 02:10 AMAgLaYaN_BuLuDRe: Simsiz internet bazarına yeni operator gəlir
xos gelib:)yeni is yerleri acildi belke bizde isledik)
-
01-06-2010, 02:12 AMsuzi333Re: Simsiz internet bazarına yeni operator gəlirİNSALLAH:)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
01-06-2010, 02:54 PMKralica_Re: Simsiz internet bazarına yeni operator gəlir
TEZ GELSIN ayagi dusherli olsun
-
01-06-2010, 05:17 PMTural02Re: Simsiz internet bazarına yeni operator gəlir
maraglidir ::yerivar::
