«USA Today» qəzeti son 10 ilin ən tanınmış ulduzlarının adlarını açıqlayıb. Araşdırma ulduzların adlarının qəzet və jurnallarda, o cümlədən internet şəbəkəsində tez-tez hallanması əsas götürülərək keçirilib.Siyahısıya rəhbərliyi pop musiqisinin şahzadəsi hesab edilən Britni Spirs edir. Belə ki, 2000-ci ildə o, musiqiçi Kevin Federlaynla ailə həyatı qurub. İki uşaq dünyaya gətirən Spirs son 10 ildə bir neçə dəfə reabilitasiya mərkəzlərində müalicə edilib, həyat yoldaşında boşanıb, uşaqları üzərində hamilik haqqını itirib, “Qremmi” mükafatını qazanıb, dünya turnesinə çıxıb.İkinci pillədə tanınmış Hollivud aktrisası Ancelina Colidir. O, bu yerə nümunəvi həyat yoldaşı və ana obrazına görə alıb. Dünyanın ən gözəl qadınlarından biri olan və altı uşaqlı Ancelina Coli indi yeddinci uşaq barədə düşünür.Üçüncü yerdə isə A.Colinin əri Bred Pitt qərarlaşıb. Həyat yoldaşından az tanınmayan aktyor Ancelina Colinin 6 uşağı tərbiyə etməkdə ən yaxşı köməkçisidir.Dördüncü və beşinci yerləri isə aktrisalar Cenifer Aniston və Keti Holms tutublar.
Son 10 ilin ən tanınmışları
Printable View
-
01-05-2010, 01:19 AMzeynalov_Son 10 ilin ən tanınmışları
