Antalyada güclü leysan yağışı küçələrdə sel əmələ gətirib. Bu səbəbdən də çoxlu sayda avtomobili sel suları aparıb. “Cihan” xəbər agentliyinin məlumatına görə, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılovun maşınını da sel aparıb. Həmin vaxt qiyməti 350 min manata yaxın olan, əllə işlənmiş “Bentley” markalı minik maşınını sükanı arxasında S.İsmayılov özü olub.
Hadisənin şahidlərinin köməyi ilə S.İsmayılov xilas edilib. Oliqarx oğlunun “Bentley”ni isə selin ağuşundan xilasedicilər qrupu qurtarıb. Xatırladaq ki, noyabrın 20-də T.İsmayılovun övladları Sərxan və Alik İsmayılovlar İsveçrədə “avtoşluq” etmişdilər. Həmin vaxt baş verən qəza zamanı 70 yaşlı alman xəsarət almışdı. Hadisə ilə əlaqədar İsveçrə polisi tərəfindən saxlanılan İsmayılov qardaşları sonradan sərbəst buraxılıblar.
[
TELMAN İSMAYILOVUN OĞLUNU SEL APARDI
Printable View
-
01-01-2010, 02:06 AMzeynalov_TELMAN İSMAYILOVUN OĞLUNU SEL APARDI
-
01-01-2010, 01:15 PMAgLaYaN_BuLuDRe: TELMAN İSMAYILOVUN OĞLUNU SEL APARDI
ne deyek kasib usaqlardir..
-
01-01-2010, 05:26 PMzeynalov_Re: TELMAN İSMAYILOVUN OĞLUNU SEL APARDI
:D :D :D
