Hər gün soyuducudan istifadə edirik. Və ya hər gün saata baxırıq. ancaq nə onların kəşf edildiyi tarixi, nə də onları kəşf edənləri tanıyırıq.
Elə isə tarixə qısa bir səyahətə çıxaq:
1280 - ci il - İtalyan fiziki Salvinio delli Armati ilk gözlüyü istehsal etdi.
1450 - ci il - Alman ixtiraçısı İohan Qutenberq ilk çap maşınının ixtiraçısı oldu.
1483 -cü il - Pyer Qarsia Ferdinand ilk kompası icad etdi.
1592 - ci il - Qalileo Qaliley ilk teleskopun müəllifi oldu.
1643- cü il - Yevanqelista Torriçelli ilk barometri icad etdi.
1656 - cı il - Kristian Haygens ilk kəfkirli saatın patentini aldı.
1687 - ci il - Fransa kardinalı Rişelye yemək masasında istifadə etdiyimiz bıçağı kəşf etdi.1783- cü il Jozef və Etyen Monqolfye qardaşları ilk hava şarını icad etdilər.
1783 - cü il - Fransız ixtiraçısı Klod d'Abban ilk paroxodun ixtiraçısı oldu.
1799 - cu il - Alessandro Volta ilk elektrik batareyasını təqdim etdi.
1825 - ci il - Ezra Daccet və Tomas Kensett ilk dəfə balığı konservləşdirdilər.
1826 - cı il - Fransız fiziki Jozef Nips tarixdə ilk fotoşəkli çəkdi.
1830 - cu il - Fransız dərzi B. Timonye ilk tikiş maşınını icad etdi.
1837 - ci il - İngilis ixtiraçıları Uilyam Kuk və Çarlz Uitson ilk elektrik teleqrafını quraşdırdılar
1838 - ci il - Samuel Morze ilk dəfə teleqraf üçün Morze əlifbasını hazırladı.
1850 - ci il - ABŞ-da ilk soyuducu təqdim edildi.
1857 - ci il - Leon Skott ilk səsyazma qurğusunu (fonoavtoqraf) icad etdi.
1863 - cü il - Londonda ilk metro xətti istifadəyə verildi.
1868 - ci il - Kristofer Şouls ilk yazı makinasını kəşf etdi.
1876 - cı il - Henri Heyms ilk ketçapı icad etdi.
1876 - cı il - Aleksandr Qrehem Bell ilk telefon danışığını həyata keçirdi.
1878 - ci il - Cozef Svan ilk elektrik lampasının patentini aldı.
1881 - ci il - Emil Berliner ilk qramofonun ixtiraçısı oldu.
1885 - ci il - Avtstraliyalı kimyaçı Karl Auer qaz lampasını icad etdi.
1888 - ci il - Corc İstman "Kodak" adlı ilk fotoaparatı istehsal etdi.
1890 - cı il - Daymler şirkəti yanacaqla işləyən ilk avtomobillərin istehsalına başladı.
1892 - ci il - Ceyms Devar ilk termosu icad etdi.
1895 - ci il - Oqüst və Lui Lumye qardaşları kinonun əsasını qoydular.
1899 - cu il - Almaniyalı Karl Müller ilk paltaryuyan maşını təqdim etdi.
1901 - ci il - İtlyan ixtiraçısı Qulyelmo Markoni ilk radiotranzistorun müəllifi oldu.
1902 - ci il - İngilis mühəndisi K. Hubert ilk tozsoranı kəşf etdi.
1903 - cü il - Uilbir və Orvil Rayt qardaşları ilk təyyarənin müəllifi oldular.
1903 - cü il - Villem Eynthoven ilk ekeltrokardioqrafiya cihazını icad etdi.
1903 - cü il - Henri Ford konveyer sisteminin əsasını qoydu.
1928 - ci il - Aleksandr Fleminq penisillini kəşf etdi.
1935 - ci il - Alman şirkəti AEG səs yazmaq üçün ilk maqnit kassetlərin istehsalına başladı.
1938 - ci il - Macar ixtiraçısı Lazlo Biro diyircəkli qələmi icad etdi.
1938 - ci il - Amerikalı Çester Karlson ilk surətçıxarma maşınını təqdim etdi.
1945 - ci il - Amerikalı ixtiraçı Persi Spenser ilk mikrodalğalı sobanın patentini aldı.
1947 - ci il - Edvin Land ilk "Polaroid" aparatını icad etdi.
1982 - ci il - "Phillips" və "Sony" şirkətləri ilk kompakt diski istehsal etdilər.
1983 - cü il - "Motorola" şirkəti ilk mobil telefonu satışa çıxardı.
Həyatımızı asanlaşdıran kəşflər.
Printable View
-
10-17-2009, 12:02 PMpitbullHəyatımızı asanlaşdıran kəşflər.
