Biri var idi,biri yox idi.İki qız var idi.Biri çirkin,digəri isə çox gözəl idi.Günlərin bir günü bu qızlar “Mənim bəxtim daha çox üzümə gülür” deyə mübahisə etməyə başlayırlar.Yoldan keçən bir qarı məsələni başa düşüb deyir:
_Mübahisə etməyə dəyməz.Siz mənim dediklərimi eynilə yerinə yetirsəniz kimin bəxtinin daha çox üzünə güldüyünün şahidi olarsınız.Qızlar razılaşırlar və qarı sözə başlayır:
_Deməli bele.Dadlı yeməklər hazırlayıb meşəyə yollanın.Gözəl süfrə açıb bəxtinizi səsləyin.
Qızlar yemək hazırlayıb yola düşürlər.Meşəyə çatıb süfrə açırlar.İlk öncə çirkin qız bəxtini səsləyir:
_Bəxtim,ay bəxtim!
Çirkin qızın bəxti cavab verir:
_Can bəxtim!
Daha sonra gözəl qız bəxtini səsləyir:
_Bəxtim, ay bəxtim!
Gözəl qızın bəxti cavab verir:
_Zəhirmar bəxtim!
Hekayədən çıxan nəticə etibarilə “Gözəl qızların bəxti olmur” demək olar.
Sizcə də bu belədir?
Gözəl olunca bəxtin olsun
Printable View
-
09-27-2009, 08:20 PM_SeDRiK_Gözəl olunca bəxtin olsun
-
09-27-2009, 08:36 PMXeyallarimRe: Gözəl olunca bəxtin olsun
tam razi esas odur ki , bextin gozel olsun :D
-
09-27-2009, 08:52 PMGLAMOURKARe: Gözəl olunca bəxtin olsun
:cee :cee men bu suala 3 il sonra cavab yazacam.
-
09-29-2009, 04:06 PMXeyallarimRe: Gözəl olunca bəxtin olsun:DAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
09-29-2009, 08:09 PMSENLI_DUNYAMRe: Gözəl olunca bəxtin olsun
DOGURDANDA BELEDIR.ALLAH HAMININ BEXTINI GOZEL ETSIN MENIMDE :D
-
07-23-2010, 01:08 PM_SeDRiK_Re: Gözəl olunca bəxtin olsunAMINAlıntı:
SENLI_DUNYAM Nickli Üyeden Alıntı
