Bu gün xanımlar həvəslə geydikləri qısa ətaklərə görə məhz ona borcludurlar.
Qısa ətək geyinən xanımlar dərhal ətrafdakıların diqqətini cəlb edirlər.Gənc qızların sevə-sevə geydikləri bu ətək üslubu harda və necə yaranıb?
Söhbət qısa ətaklərdən gedəndə iki şəxsi yada salmamaq olmur-ingilis əsilli Meri Kuant Və Fransız Andre Kurrej.
Qısa Ətək Üstündə İngilis-Fransız Müharibəsi.
Deyilənə görə ilk dəfə bu dəb ötən əsrin 50-60 cı illərində yaranıb.Gənc ingilis xanımı evdə təmizlik apararkən ona mane olan uzun ətəyini qayçılayır.Elə həm gün təsadüfən Lindanın evinə rəfiqəsi Meri Kuant gəlir...Yaxın dostunu yeni tərzdə görən Çeri heyran olur.Çox keçmir ki öz Kinqz-Rouzdakı Bazar adlı mağazasında bu ətək formasını satışa çıxarır.1962-ci ildə qısa ətəklərdən ibarət yeni kolleksiyanı dəb həvəskarlarına təqdim edən Meri çox keçmir populyarlaşır.Deyilənə görə qısa ətəklər ilk dəfə ABŞ da prezident Kennedinin xanımı Jaklin Onassis geyindikdın sonra qəbul olunmğa başlayıb.İngiltərə Şəhzadəsi 2 Yelizavetda öz ətəklərini dizdən yuxarı geyinib.Hətta o şəxsi modelyerini qənaətcil xüsusiyyətinə görə xüsusi orden ilə təltif edib.
Fransız variantı.
1961-cı Fransız modolyer Andre Kurrej bu üslubu öz kolleksiyasına salıb.
Amma o modelləro potentləşdirmədiyinə görə iflasa uğrayıb.Onun hazırladığı qısa ətəklər adətən ağ uzunboğaz çəkmələrlə geyinilirdi.
Öz müsahibəlırinin birində Ander deyir ki əslidə qısa ətəkləri dəb aləminə mın gətirmişəm.Meri isə ideyanı sadəcə maliyyələşdirib.Bu sərt ittihama isə Merinin cavabı belə olub Əslində bu nə mənim Nə də Anderin tapıntısıdır.Qısa ətəyi küçədəki qızlar kəşf edib))
Daha bir neçə fakt.
İlk dəfə qısa ətəyin Qadağan olunmuş Planet filmində istifadə olunduğu deyilir.Filmin geyim rəssamı aktrisa Enn Frensisse bir neçə belə model hazırlayır.
Bəzi məlumatlara görə qısa ətək ideyası dizayner Jon Beytsı məxsusdur.
Bəzi dəb mütəxəsislərinin fikirincə isə bu cür geyimlər 7 min əvvəl də olub.Bu Serbiya ərazisində neolit dövrü abidələrinin aşkarı zamanı sübut olunub.
Vatikanda 60-cı illərdə Qısa ətəyə abırsız geyim adı verilib.ABŞ prezidenti Riçard Nikson isə dövlət aparatında işləyən xanımlara iş yerinə qısa ətəkdə gəlməyi qadağan edib.
Qısa ətək sevilir və geyinilir.
Bu gün qısa ətək həm sitirahət həm də şam yeməkləri üçün arzuolunandır.Hər bir məhşur modelyerin kolleksiyasında qısa ətəklər özünə yer edir.
Bəs görəsən qısa ətəkləri geyinməyə dəyərmi?Bu suala müxtəlif cavablar almaq olar Qısa ətəklərin həm mənfi eyni zamnda da müsbət cəhətləri var.
Mənfilərdən başlayaq.
1.Qışın şaxtasında təbii ki bu tkləri geyinmək düzgün deyil.Dəbdən anlayışı olan xanım isə bu ətəkləri hər halda qalın kalqotk ailə geyinməyəcək.
2.Qısa ətək çox zaman narahatçılıq yaradır sərbəst oturub durmaq olmur.
3.Artıq çəkisi olanlar bu ətəklərdən istifadə etməslər yaxşıdır.Əks təqdirdə heç də yaxşı görsənməyəcəkdir.
4.Çox zaman isə qısa ətək geyinən xanımlara yüngül həyat tərzi geyinən xanımlar kimi baxırlar.
Müsbət cəhətləri.
1. Qısa ətək geyinən xanım cazibəli görsənir.
2. Qısa ətək qadınlarda xanımlığı daha gözəl büruzə verir.
3. Qısa ətəkdə xanım yaşından cavan görsənir.
4. Qısa ətək geyinmək arzusu xanımı hər zaman formada qalmağa məcbur edir.
5. Kişilərin diqqət mərkəzində olmaq istəyənlər üçün qısa ətəklər ən yaxşı seçimdir.
Azeri.NET-in userləri sualım sizədir...
Qısa Ətək Geyinən Xanımlarımıza Münasibətiniz necədir?-men şexsen özüm buna caab vere bilmeyecem :D :D lanet olsun içimde qısa etek sevgisine
AzerişNET-in Xanım userləri sualım sizədir...
Geyimnizdə Qısa Ətəklərə Nə Dərəcədə Üstünlük verirsiniz?
Qısa Ətək... ay maşallah :)
Printable View
-
08-27-2009, 07:35 PMNuriyeVQısa Ətək... ay maşallah :)
