Qəribə bir suala fəlsəfi düşüncə ilə bir cavab
Tövsiyə: Altdakı yazını oxuyun başqalarına da oxudun.
Fəlsəfə müəllimi o gün auditoriyaya daxil olub, fəlsəfədən yoxlama yazı yazdıracağını dedi. Boş kağızları payladı və sualı vermək üçün oturmalı olduğu stulu qaldırıb masanın üstünə qoydu:
Sizdən bu kürsünün burada olmadığını sübut etmənizi istəyirəm!
Bütün qrup təəccüblü halda yazmağa başlayır.Ən arxada oturan bir tələbə isə yoxlama yazının başlamasından 5 dəqiqə sonra kağızını verir və otaqdan çıxır. Qrup bu tələbənin beynini yormamaq üçün "0"-a razı olduğunu düşünür. Tələbələr yazmağa davam edirlər, amma 1 dərsin yetərli olmayacağını görüb, müəllimdən əlavə vaxt istəyirlər. İki dərs sonunda yoxlama bitir və müəllim kağızları yığıb otaqdan çıxır.
Bir həftə sonra cavablar oxunur. Yoxlamadan qiyməti yalnız ilk 5 dəqiqədə vərəqi təslim edən tələbə alır. Bütün qrup həmin tələbənin cavabının nə olduğunu maraqla gözləyərlər və müəllim kağızda yazılanları deyər. Bu da o tələbənin cavabı:
- Söhbət hansı stuldan gedir?
Fəlsəfi düşüncə budur və bu olmalıdır.
Siz bu fəlsəfi düşüncəni qavraya bildinizmi? Həyata da bu cür fəlsəfi düşüncə ilə yanaşmaq asan olsaydı, həyatımızı da rahat yaşayardıqmı?
Yaziq iki dersi oturanlar
Felsefi dusunce
Printable View
-
07-16-2009, 01:29 PMAgLaYaN_BuLuDFelsefi dusunce
-
07-16-2009, 01:42 PMkombat80Re: Felsefi dusunce
Maraqli idi cox saqol ::yerivar::
-
07-16-2009, 02:51 PMalenaRe: Felsefi dusunce
Hekayeni oxumaga basladigim andan,yeni ilk telebenin kagizi verib cixdiginda cavabi tehmin elemisdim,bir seyi subut etmek ucun onun varligini gerekdirecek bir seyler haqqinda dusunmeye ehtiyac yoxdur :wink:
-
07-16-2009, 04:37 PM_SeDRiK_Re: Felsefi dusunce
Ooo Halaldi ::aze:: ::yerivar::
-
07-16-2009, 10:32 PMsladkayaRe: Felsefi dusunce
bunu bilirdim...:D
