İstanbulun Fatih bölgəsində bir restoranda təşkil edilən "Ciyər şiş yemə yarışması" bir-birindən rəngli görünüşlərə səhnə oldu. Məşhur maniken Nilay Dorsan, müğənni Səlami Şahin, kino sənətçiləri Əngin Çağlar və Nuru Alço da münsif üzvü olaraq yarışa rəng qatdı.
Restoranda daha əvvəldən təyin olunan 15 finalçı, hazırlanan onlarla şişə keçirilmiş ciyəri yemək üçün hazırlıq etdi. Yarışmanın tək qadın finalçısı Canan Yürük 100 şiş yeyə biləcəyini iddia etdi. Evlənmək üzrə olduğunu və gələcək yoldaşıyla birlikdə yarışmağa qatıldığını ifadə edən Yürük, pula ehtiyacı olduğu üçün belə bir yarışmaya qatıldığını söylədi.
Hazırlanan yüzlərlə şiş yarışçıların önünə qoyulduqdan sonra Nilay Dorsanın işarəsiylə yarışma başladı. Yarışmacılardan bəziləri şişləri əliylə, bəziləri lavaşla, bəziləri də acı bibərlə yeməyi seçdi.
Münsif üzvləri Salamı Şahin və Nuri Alçonun danışmalarıyla dəstək verdiyi yarışmacılardan bəziləri erkəndən çəkilmək məcburiyyətində qaldı. Xüsusilə qadın yarışmacı Canan Yürük ürək bulantısından yarışmadan erkən çəkilmək məcburiyyətində qaldı.
Yarım saat davam edən yarışmanın sonunda isə finalçıların yediyi şişlər tək-tək sayıldı. Sayma nəticəsində 111 ədəd şiş yeyən Ərdal Gürbüz yarışmanın qalibi oldu. İkinci yarışçıdan yalnız bir şiş çox yeyən Gürbüz, əgər müddət olsaydı 200-ə qədər yeyə biləcəyini söylədi.
Ciyər şiş yemə yarışmasında birinci olan Ərdal Gürbüzə 1000 TL (təqribən 500 AZN) pul mükafatı verilərkən, ikinciyə 500 TL (250AZN), üçüncüyə də qol saatı verildi. Rəngli görünüşlərə səhnə olan yarışmanın sonunda çöldə yarışmağı maraqla izləyən yüzlərlə vətəndaşa pulsuz dönər paylandı.
Yarimsaata 111 şiş yedi
Printable View
-
05-22-2009, 12:10 AMGfbYarimsaata 111 şiş yedi
-
05-22-2009, 03:37 PMkombat80Re: Yarimsaata 111 şiş yedi
Pulsuz dönərə görə o yarışmaya axıra kimi baxmaqa dəyər :D
-
05-22-2009, 08:40 PMGLAMOURKARe: Yarimsaata 111 şiş yedi
yegin ele bilib dunyanin sonudur. :alqis:
-
06-21-2009, 04:30 PMSindyRe: Yarimsaata 111 şiş yedi
nusi can :D
-
06-21-2009, 04:35 PMsuzi333Re: Yarimsaata 111 şiş yedi
yazığ,demek çok ac imiş :sorry: :D
-
06-22-2009, 02:35 PMXeyallarimRe: Yarimsaata 111 şiş yedi:D :D :DAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
