Orbitə buraxılan Azərbaycanın Azerspace peyki Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə artiq Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib.*Trendin məlumatına görə, "Azerspace-1" peyki startdan 35 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb.
Qeyd edək ki, "Azerspace/Africasat-1"-in buraxılışı Bakı vaxtı ilə saat 01:36 Qviana Kosmik Mərkəzindən həyata keçirilib. "Ariane 5 ECA" "Azerspace" ilə yanaşı, İspaniyanın "Amazonas-3" rabitə peykini də orbitə buraxıb.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən (24 C-band transponderi və 12 Ku-band diapozonlu transponder) ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace/Africasat1"-in xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.
Azerspace peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir.
Azərbaycanın "Azerspace/Africasat-1" telekommunikasiya peyki rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, "VSATmultiservis" şəbəkələrinin yaradılmsı, eləcə də hökumət əlaqələrinin təmni edilməsi üçün nəzərdə tutulub.
Azerspace orbitə çatıb
Printable View
-
02-08-2013, 08:51 AMAzerbaycanliAzerspace orbitə çatıb
-
02-09-2013, 03:45 AMsezo
Azerbaycan kardeslerimizin yeni uydusu hayirli olsun.
Simdi Türksat üzerinden baktigimiz Azeri kanallarina ve sarkilarina hasret kalacagiz anlamina geliyor.
Inseallah yayina devam ederler. Dilimize, dinimize ve ortak kültürümüze zenginlik katiyorlar. -
02-10-2013, 01:44 PMAzerbaycanliDavam edəcəklər. Hələ ki bir dəyişiklik görsənmir.Alıntı:
sezo Nickli Üyeden Alıntı [
-
03-16-2018, 11:20 AMBaku
Artıq Azerspace 1 üzerine Azerspace 2 uzaya gönderilib. Ölkemiz inkişaf edir. Günden güne daha da güclenir.
