Maddələr quruluşu ilə məşğul olan Massaçuset Texnologiya İnstitutunun əməkdaşları müəyyən ediblər ki, “qarnıayaqlı qastropodlar” (Crysomallon squamiferum) adlanan molyuskların çanağı öz quruluşuna görə heyvanlar aləmində bunabənzər istənilən birləşmədən, hətta insanların hazırladığı zirehdən belə möhkəmdir. Molyuskun qınını deşmək üçün qəribə görünsə də, almaz ucluqlu burqacdan istifadə etmək lazım gəlib.
Bu molyusklar 2001-ci ildə Hind okeanında tədqiqatçılar tərəfindən aşkar edilib. Onlar iki kilometrdən artıq dərinlikdə yaşayırlar. Üç qatdan ibarət olan zireh molyusk bütün həyatı boyu formalaşır və sahibini ətraf mühitin təsirindən etibarlı şəkildə qoruyur. Birinci qat bütünlüklə dəmir-sulfatdan ibarətdir. Bu mineral yerin dərinliklərindən su mənbələri vasitəsilə okeana qalxır və kirəc kimi onu əhatə edən istənilən səthə çökür. Sulfat kristalları diametri 20 nanometr olan pulcuqlar şəklində müasir hərbi texnikanın zirehinə bərkidilir.
Zaman
Molyusk qınından ordunun silahlanmasında istifadə olunacaq
Printable View
-
08-15-2010, 11:55 PMAzerbaycanliMolyusk qınından ordunun silahlanmasında istifadə olunacaq
