materiallardan biri sayılır. Torun quruluşu o qədər tamdır ki, əgər ondan karandaş yoğunluqda kəndir hörsək, bu bir sərnişin təyyarəsini havadan asılı vəziyyətdə saxlaya bilər. Maraqlıdır, sadə hörümçəklər belə yüksək möhkəmliyə malik birləşmələri necə hasil edirlər?
Alimlər hörümçək torunun sirrini aça biliblər. Hörümçək toru quruluşunda kompyuter modelindən istifadə olunduğu çoxsaylı tədqiqatlarda müəyyən edilib ki, möhkəmliyin sirri sapları əmələ gətirən polipeptid zəncirin xüsusi birləşməsindədir.
Məlumdur ki, aminturşular zənciri forma və xarakterinə görə fərqli şəkildə birləşə bilirlər. Hörümçək torunda aminturşular alfa-spirallar əmələ gətirir. Torun möhkəmliyi polipeptid birləşmələrinin alfa-spirallarda nə şəkildə olmasından asılıdır.
Hörümçək torunda ipək saplardan fərqli olaraq, alfa-spirallar arasında bərk hesab edilən beta kristal quruluşu yer alır. Beta kristalları strukturun davamlılığını bir neçə dəfə artırır ki, bu da hörümçək torunu daha möhkəm edir.
Zaman
Hörümçək torunun sirri
Printable View
-
08-15-2010, 11:50 PMAzerbaycanliHörümçək torunun sirri
-
08-26-2010, 02:49 PMDamla1Re: Hörümçək torunun sirri
Hörümcek müqeddes heyvanlardan sayilir.toru ile peyğemberimizi qoruyub.mövzuya göre teşekürler ::yerivar::
-
08-26-2010, 05:00 PMTutu20Re: Hörümçək torunun sirri
Çox saq ol melumata göre ::yerivar::
