Çində doğulan zaman əlində 15, ayağında isə 16 barmağı olan uşaq əməliyyat olunub.
[
Məlumata görə, artıq barmaqları kəsib götürmək üçün cərrahlara 6,5 saat vaxt tələb olunub.
[
Çoxbarmaqlılığa səbəb olan anatomik anormallıq tibdə polidaktiliya adlanır. Bu anormallığa çox zaman irsiyyət səbəb olur. Amma xəstəlik yeni mutasiya nəticəsində də meydana çıxa bilər.
[
Polidaktiliya adətən bir əlin çeçelə barmağında özünü göstərir. Amma çinli uşağın xəstəliyi həddən artıq nadirdir: onda orta barmaqların təkrar olunduğu mərkəzi polidaktiliya müşahidə edilir. Bundan əlavə, uşağın bir əlində 3, digər əlində isə 4 barmağı birləşib.
[
Anası bildirir ki, uşaq bundan çox əziyyət çəkirmiş. Əvvəlcə bağçada, sonra isə məktəbdə digər uşaqlar onu “bədheybət”, “əcaib” deyə ələ salırmışlar.Uşaq barmaqlarının sayına görə dünya rekordu vurub. İndiyə kimi bu rekord hindistanlı Menari və Devendra Xarne qardaşlarına məxsus olub. Onların hər birinin əlində 12, ayağında isə 13 barmaq olub.
[
Uşağın 11 artıq barmağını kəsib götürdülər
Printable View
-
04-03-2010, 02:20 AMPOWER_RANGERSUşağın 11 artıq barmağını kəsib götürdülər
-
04-03-2010, 11:54 AMcanbellRe: Uşağın 11 artıq barmağını kəsib götürdülər
ne deyek vallah,belelerine baxanda ozumuze shukur edek,amma o ushaga da ALLAH KOMEK OLSUN
-
04-03-2010, 12:09 PMAgLaYaN_BuLuDRe: Uşağın 11 artıq barmağını kəsib götürdülər
Saglam heyat arzulayiram
