-
Üç ekranlı kompüter!
Yeni qurğunu mobil telefon, mediarleyer və ya televizor kimi istifadə etmək olar
“Qualcomm” şirkəti üç sensor ekranla təchiz olunan qatlanan planşet kompüter üzərində işləyir. Açılma istiqamətindən asılı olaraq yeni qurğunu mobil telefon, mediapleyer və ya televizor kimi istifadə etmək olar.
Yeni mobil qurğu ABŞ Patent Bürosuna (USPTO) təqdim olunmuş patent ərizəsində qeyd olunub. İnterfeysi avtomatik sürətdə dəyişiləcək planşet istifadəçilər tərəfindən çox tələb olunan bir neçə funksiyaları özündə birləşdirəcək. Açılmış qaydada üç ekran özündə televizoru, bağlanmış formada isə sensor ekranlı mobil telefonu əks etdirəcək. Planşet həmçinin səsli saat və əlavələrlə işləmək üçün mobil kompüter kimi də istifadə oluna biləcək. Belə vəziyyətdə ekranlardan biri müəyyən mövqedə sensor klaviatura rolunu oynayacaq.
“Qualcomm”un patent ərizəsində yeni planşetin texniki xüsusiyyətləri barədə hər hansı bir məlumat yoxdur.
-
Re: Üç ekranlı kompüter!
maraqli idi teşekürler :alqis:
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.