[
Təyyarədə doğulan uşaq orta məktəbdən sonra "Boliviya Hava Donanması" məktəbində təhsil ala biləcək
Boliviyada "Boliviya Hərbi Hava Yolları" (TAM) uçuş vaxtı dünyaya gələn körpəyə 21 yaşına qədər pulsuz uçmaq hüququ verib. TAM-ın mətbuat sözçüsü, təyyarədə iki həftə tez dünyaya gələn körpənin doğulmasına sərnişinlərin arasında olan həkimin və tibb bacısının yardım etdiyini deyib. Hava yolları şirkətinin rəsmisi həmçinin, təyyarədə doğulan uşağın arzu edərsə orta məktəbdən sonra "Boliviya Hava Donanması" məktəbində təhsil ala biləcəyini də əlavə edib.
Uçuş başa çatdıqdan sonra xəstəxanaya çatdırılan ana və körpənin səhhətinin yaxşı olduğu, hava yolları şirkətinin şərəfinə uşağa Tami adı verildiyi bildirilir.
Təyyarədə doğuldu, 21 il pulsuz uçacaq
Printable View
-
02-26-2010, 08:35 PM_SoMMeT_Təyyarədə doğuldu, 21 il pulsuz uçacaq
