ABŞ-ın analitik-mətbu qrupu IDG 2010-cu ildə hansı köhnəlmiş texnologiyaların istifadəçilərin həyatını tərk edəcəyini proqnozlaşdırmağa çalışıb.
- Faksimil rabitə aparatları. Faks maşını özündə printer, skaner və analoq modemin kombinasiyasını əks etdirir. Lakin bununla yanaşı axı elektron poçt məfhumunu da unutmaq olmaz.
Köhnəlmiş faks texnologiyasının indiyədək istifadə olunmasını bir yanlış fikirlə əlaqələndirmək olar – guya ki sənədin “kağız surəti” daha legitimdir, yəni qanuni və ya daha nüfuzludur. Əslində isə faksı göndərməmişdən qabaq sənədə digər bir şəxsin imzasını əlavə etmək, bu, faks təsvirinin olduqca keyfiyyətsiz olması səbəbindən çox asan məsələdir.
- Avtomobil alışqanı. 1920-ci ildə işıq üzü görmüş bu texnologiya artıq çoxdandır ki avtomobillərin panel cihazlarından çıxarılmalıdır. Maşınların panellərindəki bu cür elektrik çıxışlar təhlükəli, etibarsız, qeyri-stabil, narahat, yaraşıqsız olmaqla yanaşı, onların quraşdırılması həmçinin xeyli xərc tələb edir. Avtomobillərdə alışqan əvəzinə hər hansı bir standart çıxış və ya USB-portlar qurulmalıdır. Axı əksər sürücülər öz avtomobillərində papiros çəkməkdənsə smartfon, naviqator və digər qurğularla işləməyə daha üstünlük verir.
- İnternet-ünvanların əvvəlində yazılan www prefiksi təqdim olunan internet xidmət növünün eyniləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Lakin bu gün, www prefiksinə, eləcə də [ə artıq ehtiyac qalmayıb. Lazım olan bütün işləri brauzerlər görür.
- Filmlərin kirayə verilməsi büroları yığışdırılmalıdır. İstifadəçinin istənilən bəyəndiyi filmi yükləmək imkanı verən geniş kataloqlu onlayn xidmətlər sözsüz ki daha rahatdır.
- Məsafədə idarə etmə pultları. Bu qurğular isə özləri tədricən istifadədən çıxır. Hər bir müasir evdə televizor, stereosistem, kondisioner və s. qurğular üçün ayrı-ayrı pultlar istifadə olunur və onların hər birin vaxtı-vaxtında batareyalarını dəyişmək lazım olur. İstənilən qurğunu dəstəkləyən universal idarəetmə imkanlı mobil əlavələrin köməyi ilə artıq evdə bir neçə pult saxlamağa ehtiyac qalmayacaq.
- Musiqili kompakt disklər. MP3-fayl şəklində yüklənilən rəqəmli kontent musiqi disklərindən keyfiyyətcə heçdə geri qalmır. Bundan əlavə kompakt disklər ətraf mühit üçün zərərli, tez xarab olandır və onları özünlə gəzdirmək narahatdır.
- Peyk radioqəbulediciləri nəvaxtsa əla həll idi. Radionu istənilən yerdə dinləmə olardı. Lakin bu gün, MP3-musiqi, audiokitablar, avtomobil musiqi avadanlığı və nəhayət mobil internet kimi alternativ mənbələr tam kifayət edir.
- Veb-saytlarda qeydiyyat prosesində adətən elektron poçt və parolun (iki dəfə), eləcə də poçt indeksinin daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı şəhər və ölkə bəndlərindəki məlumatdan poçt indeksini tapmaq çox asandır. Müasir həyatda qeydiyyat prosesi maksimal olaraq sadələşdirilməlidir. Misal üçün buna saytlara vahid mərkəzləşdirilmiş açıq daxilolma sistemi (OpenID) vasitəsilə nail olmaq mümkündür.
2010-ci ildə "öləcək" texnologiyalar
Printable View
-
02-24-2010, 11:52 AMPOWER_RANGERS2010-ci ildə "öləcək" texnologiyalar
