107 yaşı yenicə tamam olmuş malayziyalı qarı Mek Bok Kundor özünə ər axtarır. Əgər arzusu gerçəkləşsə bu onun 23-cü əri olacaq. Özünün jurnalistlərə dediyi kimi, onda belə şübhələr yaranıb ki, hazırki 37 yaşlı həyat yoldaşı Nur Musa narkotika asıllığından müalicə olunan kimi onu atıb, özünə cavan bir arvad seçəcək. 107 yaşlı qarı deyib: “Bu heç də məni narahat etmir. Əksinə, özümü daha çox təhlükəsiz hiss edirəm”.
Həmçinin qarı qeyd edib ki, o yeni münasibətlər qurmağa hazırdır. “Əlbətdə, mən baş nazirimiz Nəcib Razak kimi gözəl kişi axtarmıram. Sadəcə olaraq, mənə elə birisi lazımdır ki, ömrümün qürüb çağını onunla keçirim. Bilirəm ki, həddən artıq qocalmışam. Cavan və gözəl qadınlarla rəqabət apara bilmərəm. Ərə getmək istəyirəm ki, tənhalığıma son qoyam. Bundan başqa mənə heç nə lazım deyil”.
Uzunömürlü qadın ötən nigahlardan neçə uşağının olması haqqında danışmaqdan imtina edib. Bircə onu deyib ki, uşaqları böyükdür və öz övladlarını böyüdürlər.
Özümə ər axtarıram!
Printable View
-
02-23-2010, 11:08 AMPOWER_RANGERSÖzümə ər axtarıram!
-
02-23-2010, 12:09 PMAgLaYaN_BuLuDRe: Özümə ər axtarıram!
Oz aramizdir nenede bekar dayanmayib 23 defe evlenib deyesen rekord qirmaq isteyir
-
02-23-2010, 02:55 PMAzerbaycanliRe: Özümə ər axtarıram!
Maşallah nə nənəymiş e :D
-
02-23-2010, 11:04 PM_SoMMeT_Re: Özümə ər axtarıram!
aferin neneciim :D
