Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək
[
Hədislərdə Hz. Mehdinin (ə) İslam əxlaqını hakim etmək üçün qiyamət qopmamışdan əvvəl yer üzünə mütləq gələcəyi xüsusilə vurğulanır. Bu mövzudakı hədislər belədir:
Hz. Əlidən (ə) nəql edildiyinə görə Rəsulullah (s) belə buyurmuşdur: Qiyamətin qopması üçün ZAMANDA BİR GÜNDƏN BAŞQA VAXT QALMASA DA, ALLAH (CC) MƏNİM ƏHLİ BEYTİMDƏN BİR ŞƏXSİ (HZ. MEHDİNİ (Ə)) GÖNDƏRƏCƏK. (Sünəni Əbu Davud, 5/92)
İbni Macə və Əbu Naim, Əbu Hüreyrədən nəql etdilər. O dedi ki Peyğəmbər (s) buyurmuşdur: Əgər dünyanın ömründən bir gün qalsa, Allah o günü uzadar və Əhli Beytimdən birini (Hz. Mehdini (ə)) Məlik edər. (Kitab-ül Burhan Fi Əlaməti-il Mehdiyy-il Muntəzər, 10/Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Məntəzər, 27/Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 437)
Dünyanın ancaq bir gün ömrü qalsa da, onun (Hz. Mehdinin (ə)) hakim olması üçün Cənabı Allah o günü mütləq uzadar. (Sünəni Tirmizi, 4/92)
(məqalə harun yahya)
Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək
Printable View
-
08-16-2011, 07:07 PMmeridyen2Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək
