Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
Əziz dostum məndən küsüb incidi
Printable View
-
05-27-2011, 05:33 PMAzerbaycanliƏziz dostum məndən küsüb incidi
-
05-28-2011, 12:27 AMElifRe: Əziz dostum məndən küsüb incidi
Alim Qasimov - Əziz Dostum Məndən Küsüb İncidi
[youtube:35b27uwu]http://www.youtube.com/watch?v=M9XvGcwD_M8[/youtube:35b27uwu] -
02-03-2020, 11:47 AMAygun
Her gün defalarca dinlesem de yorulmam. Çok çok sevdiğim bir müzik. Ağzına sağlık Alim Kasimov.
