-
Qalalı dağlar filmi
Filmdə Oğuz eli sayılan Tovuz rayonunun etnoqrafiyasından, folklorundan, iqtisadiyyatından söhbət açılır. Qədim Tovuz torpağı Kiçik Qafqazın alt çəmənliklərindən başlanıb gedib çıxır Böyük Qafqazın Cənub tərəfində yerləşən Çoban dağına. Tovuz torpağı aranla-dağın, yayla-qışın əbədi qovşağı sayılır. Bu ərazinin bir yanında Kür çayı, o biri tayında Gürcüstan dağlarından axan və Kürə qovuşan Qavrı çayıdır. Bu çayların arasında geniş otlaqlar, gözdoyduran dərələr yaranıb. Ümumilikdə Tovuzda dörd çay axır. Tovuz çayı, Axınçı, Əsrik çay, Ləyən çay. Bu çaylar boyunca dörd dəfə enib qovuşur düzənə Tovuz dərəsi, Ağdam dərəsi, Əsrik dərəsi, Xınna dərəsi. Hər dərənin öz gözəl təbiəti bu gözəlliyə, zənginliyə uyğun obaları, oymaqları var. Filmdə dağ silsilələrinin görüntüsü, qayaların əzəməti fikri cəlb edir. Həmçinin Tovuz rayonu ərazisində yerləşən Haça qayanın, Koroğlu qalasının XVII-ci əsrdə tikilmiş Sultan körpüsünün təsvirləri verilib. Bu tarixi abidələr Tovuz rayonunun qədimiliyindən, zəngin adət-ənənəsindən məlumat verir. Bununla belə filmdə Tovuz rayonunun bu günkü gününün iqtisadi potensialına da xüsusi yer ayrılıb. Bu günkü gündə burada müxtəlif tədris və istehsalat müəssisələri; bir çox sənaye, ticarət, tikinti təşkilatları fəaliyət göstərir. Bu torpaqda meyvə, tərəvəz, taxıl, bostan bitkiləri yetişdirilir, heyvandarlıqla məşğul olurlar.
Ssenari müəllifi: Aydın Qurbanoğlu
Rejissor: Tariyel Vəliyev
Operator: Vaqif Behbudov
Səs rejissoru: Firudin Hüseynov
Direktor: Ələddin Vəliyev
Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.
-
Re: Qalalı dağlar
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.