-
Səfər Mehdiyev kimdir?
Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev kimdir, həyatı, təhsili, harada anadan olub, hansı kənddə vəya rayonda yaşayır, hansı vəzifələrdə işləyib, neçə yaşı var, uşaqları, həyat yoldaşı və daha çox məlumat.
Səfər Mehdiyev 1973-cü il martın 17-də Babək Rayon Nehrəm kəndində anadan olmuşdur.
Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.
2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.
2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir.
23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Vətənə xidmətə görə" 3, 2 və 1-ci dərəcəli ordenləri, "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.