Ivritce dersler ve muzakireler uçun ayrilmish forum.
Printable View
Ivritce dersler ve muzakireler uçun ayrilmish forum.
Başlanğıc üçün əsas kəlimələr :
Şalom - Salam.
Ken - Bəli. Lo - Xeyr.
İma -ana. Aba - ata.
Toda raba - Çox sağolun. Ma nişma? - Necəsiniz?.
Al lo davar - Dəyməz. Ani mitztaer - Bağışlayın.
Naim meod - şad oldum.
Aval - lakin, ancaq. Lexitraot - Xudahafiz, hələlik.
Yeled - oğlan. Yelda - qız.
Talmid - şagird, tələbə (oğlan barədə). Talmida - şagird, tələbə (qız barədə).
Şəxs əvəzlikləri :
אֳנִי Ani - Mən
אַתּאַ Ata - Sən (kişi c.)
אַתּ At - Sən (qadın c.)
הוּא Hu - O (kişi c.)
הִיא Hi - O (qadın c.)
אֳנַחנוּ Anaxnu - Biz
אַתֶּם Atem - Siz (kişi c.)
אַתּן Aten - Siz (qadın c.)
הֵם Hem - Onlar (kişi c.)
הֵן Hen - Onlar (qadın c.)
İşarə əvəzlikləri.
Ze - Bu (kişi c.)
Zot - Bu (qadın c.)
"Ze" kişi cinsli isimlər üçün işlədilir. "Zot" qadın cinsli isimlər üçün işlədilir. Hər iki söz "bu" anlamına gəlir. Örnək : Ze sefer - Bu kitabdır. "Sefer" kişi cinsli isim olduğu üçün qarşısında "ze" işlədilir.
Zot hala - "hala" qadın cinsli isim olduğu üçün qarşısında "zot" işlədilir.
Sual əvəzlikləri və digər
Ma? - Nə ? anlamına gəlir. "Ma ze?" dedikdə "Bu nədir?" kimi başa düşülür.
Mi?- Kim? anlamına gəlir. "Mi ze?" dedikdə "Bu kimdir?" kimi başa düşülür.
Şel - ın. Yiyəlik hal şəkilçisidir. Örnək : şel Aydan. Aydanın. Aydana məxsus bir şeyi bildirir.
"Ha" artikl olaraq isimlərin qarşısında yazılır. İngiliscədəki "The" sözünü əvəz edir. Ha sefer - The book
Nümunə : Ha sefer şel Rami. Raminin kitabı.
Örnək dialoq :
Ma ze ? Bu nedir?
Ze ha kesef şel Şimon. Bu Şimonun kitabıdır.
Mi ze? Bu kimdir?
Ze Yordan. Bu Yordandır.
Digər
Meayin ? Haradan, haralı? anlamına gəlir. Me (mi) - dan, dən şəkilçiləridir.
Nümunə:
Meayn ata ? Haralısan ?
Ani me Baku. Bakıdanam.
Ata me Moskova. Sən Moskvadansan.
Eyfo - harada? anlamına gəlir.
Be - mekanı bildirir, isimlə bitişik yazilir. BeAzerbaijan - Azərbaycanda, Beİtalya - İtaliyada.
Nümunə:
Eyfo Şimon gar? Şimon harada yaşayır?
Hu gar beTurkiya. O Türkiyədə yaşayır.
Yuxarıda öyrənilən sözlər əsasında nümunə dialoq.
Şalom, Ani Vusal - Salam, mən Vusalam.
Ani me (mi) Azerbaijan, ani talmid ve ani gar beBaku - Azərbaycandanam, tələbəyəm, Bakıda yaşayıram.
Ve Ata? - Bəs sən?
Şalom, naim meod, ani Şimon - Salam, şad oldum, mən Şimonam.
Ani me (mi) Germania - Men Almaniyadanam.
יש - Yeş : var
אין - En : yoxdur
En yeladim babayt. Evdə uşaqlar yoxdur.
Yeş anaşim baforum. Forumda insanlar var.
"Ba" yeri bildirir, isimlə bitişik yazilir. Babayt - evdə, baforum - forumda.
Hələlik bu qədər :)
uzurlu say hansi dildi? birde munkundurmu eger bu dili her hansi dovlet istiafde edirse onun bayragini yerlesdierdiz.munkundurse
Emin ivrit dili yevreylerindi.Izrayilin yeni. :)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
:crazy: :crazy:
אני אוהב את זה בפורום
GLAMOURKA açiqladi cavabi :)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
ok eseblesmeyin anladim
Glida- dondurma
Degel - Bayraq (Ha Degel şel Azerbaijan - Azerbaycan bayrağı). (Ze ha degel şel Azerbaijan - Bu Azerbaycan bayrağıdır).
Hine - Budur (Hine, more - Budur müellim)
Şemeş - güneş
Şam - orada (Mi şam? - Orada kim var?)
Şir - mahnı
Har - dağ
Li limod - öyrenmek (dil ve ya senet, peşe barede) Anaxnu lomdim biologia - Biz biologiya oyrenirik.
More - müellim (kişi c.)
Mora - müellime (qadin c.)
Melah, (x) - duz
Li şar - mahnı oxumaq (Hen şarot be anglit - Onlar ingilisce mahnı oxuyurlar)
Slixa - üzr isteyirem !, bağışlayın !
Erets - ölke
Misada - restoran
Rotse - istemek (Ani rotse lişar - Men mahnı oxumaq isteyirem)
Ktsat - bir az