Buradan hamini salamlayiram.
Gelin burada Azerbaycanda istehsal olunan mehsullar baresinde danisaq.
Siz nece fikirlesirsiniz gelecekde bizim olkemizde istehsal olunan mallar xarici bazarlara cixa bilermi?
Azerbaycan Istehsali
Printable View
-
12-12-2013, 10:45 AMBilgarAzerbaycan Istehsali
-
12-12-2013, 11:45 AMSevda_Baku
Tebii ki, Azerbaycan firmaları çox böyük nailiyyetler elde edecek. Buna inanıram.
-
12-12-2013, 10:51 PMBilgarSevda xanim mende sizinle tam raziyam. Bunun ucun olkede ehalinin daxili bazarda yerli mallara ustunluk vermesi cox yaxsi olardi. Hemde hokumetin yerli sirketleri desteklemesi vacibdir.Alıntı:
Sevda_Baku Nickli Üyeden Alıntı [
-
12-13-2013, 08:41 AMBilgar
Azərbaycanda yığılan avtomobillər bazarı ələ keçirə bilər
Sülhəddin Gözəlov: “Bunun hesabına iş yerlərinin artması, avtomobil istehsalının gücləndirilməsi, sənaye istehsalının təkmilləşməsi baş verəcək”
2013-07-31 07:51:05
Rusiya hökuməti yerli istehsal olan maşınların rəqabət qabiliyyətini artırmaq üçün yeni iqtisadi metod tətbiq etməyə başlayır. Belə ki, yerli avtomobillər əcnəbi istehsalı olan maşınlara nisbətən daha güzəştli kredit şərti ilə satılacaq. Mütəxəssislərin fikrincə, qərar Rusiya istehsalı olan maşınların get - gedə beynəlxalq standartlardan kənarda qalması fonunda həmin maşınların daxili bazarda satışını artıracaq.
Bu fonda belə fikirlər səslənir ki, ölkəmizdə də anoloji təcrübənin tətbiqinin müsbət faydası ola bilər. Çünki, bu gün Azərbaycan da avtomobil sənayesində istehsalla məşğul olan ölkələrdəndir. Düzdür, hələlik ölkəmizdə yerli müəssisələrdə yığılan avtomobillərin satışı o qədər də geniş vüsət almayıb. Ancaq əlverişli kredit şərtləri və digər stimullaşdırıcı addımlar atmaq olar ki, bu, nəticə etibarı ilə avtomobil istehsalına fayda verər.
Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri” kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlov bildirir ki, bu təklifi 4 il öncə biz etmişdik: "Azərbaycanda istehsal olunan avtomobillərə güzəştli kreditlər tətbiq edilsin ki, daxili istehsal müəyyən qədər stimullaşsın. Bunun hesabına iş yerlərinin artması, avtomobil istehsalının gücləndirilməsi, sənaye istehsalının təkmilləşməsi baş verəcək. Bununla da ölkədə yerli maşınların satışında artımlar olar. Hazırda ölkəmizdə MDB istehsalı olan köhnə avtomobillərin sayı yarım milyona yaxındır. Hansı ki, onların istismar xüsusiyyətləri beynəlxalq standartlara cavab vermir. Azərbaycanda istehsal olunan avtomobillərdə isə müəyyən qədər bu tələblər gözlənilir. Ona görə də hazırda köhnə avtomobillərin bu tipli avtomobillərlə əvəz olunması zərurəti var. Bahalı avtomobili almağa hər insanın gücü çatmır. Amma daxili istehsal sferasında olan avtomobillər əlverişli kredit şərtləri ilə verilsə, insanlar onlara meyl edər və alar. Bu da daxili istehsalı stimullaşdıracaq”.
Mütəxəssis əlavə etdi ki, bu gün Naxçıvanın zavodunda 8 - dən çox modifikasiya var: "Orada həm kiçik, həm orta, həm də böyük litrajlı avtomobillər istehsal olunur. Bu avtomobillərə daxili bazarda tələbat var. Sadəcə, o maşınların qiymətində xarici maşınların qiyməti ilə müqayisədə fərq azdır. Ona görə də insanlar yerli maşınlara meyl etmir. Deməli, insanları ona cəlb etmək lazımdır. Cəlb etməyin yolu əlverişli, azfaizli, hərdən də faizsiz kredit şərtlərini tətbiq etməkdir. Bununla da istənilən halda ölkə olaraq qazanc əldə edə bilərik. Daxili istehsalın stimullaşdırılması avtomobil istehsalının artmasına imkan yaradır. Bu, iş yerləri, istehsal mədəniyyətinin yüksəlməsi deməkdir. Hətta müəyyən dövlət strukturların, orta səviyyəli müəssisələrin xidməti avtomobillərində onlardan istifadə etmək olar. Bəlkə də müyyən idarə rəhbərləri üçün xidməti avtomobil kimi bu avtomobillərin istifadəsi məcbur edilməlidir. Bundan başqa, köhnə avtomobilləri əhalidən alıb, əvəzində fərqi ödəmək şərti ilə daxildə istehsal olunan avtombillər təklif oluna bilər. Bu da güzəştli kreditin bir formasıdır”.
Mütəxəssis əlavə etdi ki, avtomobil istehsal etmək isə hər bir dövlətin imkanı daxilində deyil: "Hazırda avtomobil istehsal edən dövlət yüksək sənaye mədəniyyətinə malik olan dövlətlərdir. Yuxarıda qeyd oluna satış formaları isə daxili istehsalın artırılmasına stimul verən tədbirlərdir. Çünki, biz avtomobil istehsalımızı fəxr olunası hal kimi bilməliyik. Avtomobil istehsal etmək ən yüksək mədəniyyətlərdəndir. Amma onun üçün istehsal tarixi yolu keçilməli, istehsal mədəniyyəti formalaşmalıdır. Avtomobil yığım zavodu 20-dən yuxarı müxtəlif texnologiyaların məcmusudur. Bu, kimya, maşınqayırma, elektrik və s. texnologiyaları özündə cəmləşdirir. Məsələn, Naxçıvan Avtomobil Zavodunun istehsal gücü illik 15 minə qaldırıla bilər. İlkin olaraq 15 min avtomobil Azərbaycan üçün böyük miqdardır. Gələcəkdə bunu yüksəltməklə, heç olmasa, regionda müəyyən qədər bazar qazanmaq olar. Bizdə həmçinin Gəncə, Şamaxıda da avtomobil zavodları var. Burada istehsalın artırılması regionların inkişafı üçün böyük işlərin görülməsi deməkdir”.
Mübariz BAYRAMOV
Movqe -
12-13-2013, 08:50 AMBilgar
Bele oldugu halda oz markalarimiz yarana biler: Aziz, Naz, GA
-
12-17-2013, 06:22 AMBilgar
Yaxsi olar ki, Azerbaycan-dan butun vaz ve sovet masinlarini yigisdirsinlar. Onlar muasir standartlara cavab vermir. Onlarin evezine yerli istehsal olan avtomobilleri ehaliye paylasalar cox ela olar. Hem coxlu is yerleri acilar hemde pul olkede qalar.
Bundan basqa gerek gomruk olkede istehsal olunan eyni adli mallarin xaricden idxalinin vergisini artirsin. Bu yerli istehsalcilara boyuk destek olardi. -
12-17-2013, 07:02 AMBilgar
Azərbaycanda yeni NAZ-Lifan 720 modelinin istehsalına başlanılacaq
- Yaxın günlərdə Naxçıvan Avtomobil Zavodu istər texniki göstəriciləri, istərsə də keyfiyyəti baxımından daha komfortlu avtomobilni – “NAZ-Lifan 720” modelini alıcılara təqdim edəcək.
Zavoddan verilən məlumata görə, noyabrın sonuna kimi modelin istehsalına başlanılacaq.
Lifan720 Çinin “Lifan Motors” şirkətinin ilk “A+” sedanıdır. Avtomobil geniş salona, çoxlu sayda konfiqurasiyalara, 1.8 litr mühərrikə malikdir. Çində iş adamları və məmurlar salonu geniş olduğundan bu avtomobilə üstünlük verirlər.
Bundan başqa, ilin sonunda isə avtomatik sürət qutuları ilə təchiz olunmuş “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “X-70” modellərinin naviqasiya sistemi ilə təchiz edilmiş versiyalarının dekabr ayının əvvəlində Bakıda keçiriləcək "Bakutel" sərgisində təqdimatı nəzərdə tutulur. Məlumat üçün bildirək ki, “330”, “630” və “X-70” modelləri “320”, “620” və “X-60” modellərinin daha təkmilləşdirlmiş versiyasıdır.
Qeyd edək ki, hazırda Naxçıvan Avtomobil Zavodu “NAZ- Lifan 320” (xetçbek), “NAZ- Lifan 520i” (xetçbek), “NAZ- Lifan 520” (sedan), “NAZ- Lifan 620” (sedan) və “NAZ- Lifan X-60” (krossover) modellərini istehsal edir. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə ötən ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF 6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF 5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF 1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.
Eyni zamanda, cari ilin oktyabr ayında “NAZ-Lifan 620” modeli avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb.
Avtomobil Zavodunun fəaliyyətə başladığı dövrdən ötən 4 il “NAZ-Lifan” markalı minik avtomobilinin tanıdılması mərhələsi olub. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir.
Naxçıvan Avtomobil Zavodu fəaliyyət göstərdiyi ötən 4 ilə yaxın müddət ərzində 1898 ədəd “NAZ-Lifan” markalı minik avtomobili istehsal edib, bunlardan 1795 ədədi satılıb. Zavod ildə 5 min ədəd minik avtomobili istehal etmək gücündədir.
Marja
- Yaxın günlərdə Naxçıvan Avtomobil Zavodu istər texniki göstəriciləri, istərsə də keyfiyyəti baxımından daha komfortlu avtomobilni – “NAZ-Lifan 720” modelini alıcılara təqdim edəcək.
-
12-18-2013, 09:08 AMBilgar
Gəncədəki zibill tullantılarını yerli istehsal maşını yığacaq
- 18.02.2013
-
Bu barədə məlumatı Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Elmar Əzizov verib.
Onun sözlərinə görə şəhərdə məişət tullantıların daşınması sahəsində çətinlikləri aradan qaldırmaq üçün bu il İdarəyə 10 ədəd GAZ istehsalı olan monopulyatorlu MAZ markalı avtomobil alınacaq.
Avtomobillər “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılacaq.
Məlumata görə şəhərdə hazırda 12 tullantı daşıyan avtomobil var. Onlardan 3-ü KamAZ, 3-ü MAN, bir MAZ və 5 Çin istehsallı avtomobillər. GAZ-ın istehsalı olan 10 avtomobildə alınandan sonra şəhərdə 22 tullantı daşıyan texnika olacaq.
Azadliq Radiosu
- 18.02.2013
-
12-18-2013, 09:13 AMBilgar
Bir cox rayon ve seher icra hakimleri xaricden meiset tulantilari texnikalari sifaris verirler. Halbuki bizim olkemizde bunlarin istehsali var. Belke deyirem onlarin bundan xeberi yoxdur? :confused:
-
12-18-2013, 09:16 AMBilgar
Umimilikde fikirlesirem Taksi xidmeti olkede yalniz yerli istehsal olunan avtomobillerde teskil olunmalidir.
-
12-18-2013, 09:26 AMBilgar
Bilirem burada bir cox meqaleler kohne tarixlidir amma helede aktualdir.
-
12-18-2013, 09:30 AMBilgar
Azərbaycanda pilotsuz təyyarələr istehsal olunub
Müdafiə Sənayesi Nazirliyi tərəfindən “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib
Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib. Bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
O qeyd edib ki, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib.
Nazir sözlərinə əlavə edib ki, cari ildə 30 ədəd “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14,5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.
ANS PRESS -
12-18-2013, 09:36 AMBilgar
"Mübariz" snayper tüfəngi hazır olmaq üzrədir
MSN mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir
"Azərbaycanda istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi silah üzərində təkmilləşmələr yekunlaşıb". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyi mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir.
Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Nazirlik əməkdaşları bu münasibət ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılıb.
ANS PRESS -
12-18-2013, 09:42 AMBilgar
Cari ilin 9 ayı ərzində müxtəlif təyinatlı bir çox obyektlər tikilmiş və təmir olunmuşdur
10.10.2013 03:23
Cari ilin 9 ayı ərzində respublikada 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilmiş və təmir olunmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında demişdir.
Nazir qeyd etmişdir ki, hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilmişdir.
Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Azer Tac -
12-18-2013, 10:01 AMBilgar
Kompüter inhisarından qazanılan milyonlar kimin cibinə axır? (ARAŞDIRMA)
ANS PRESS ölkə iqtisadiyyatının ən modern sahəsində baş verən kəskin geriləmənin səbəblərini araşdırıb
Azərbaycanın sənaye istehsalı üzrə statistikasında elə də nəzərə çarpmayan, amma çox önəmli bir məqam var - son beş ildə Azərbacanın kompüter istehsalçılarının anbarlarda yığılan hazır məhsulu 3-4 dəfəyə qədər artıb. Yəni əgər 2008-ci ildə bu rəqəm 2 milyon manat ətrafında dəyişirdisə, son iki ildə 7 milyon manatı keçib.
Bu, ilk baxışdan məhsul artımından xəbər verən müsbət dinamika kimi görünə bilər, amma kompüter istehsalı ilə məşğul olan müəssisələrlə yaxından tanış olan ANS PRESS fərqli mənzərə ortaya çıxarıb. Əslində, ildən ilə artan qalıq məhsul göstəricisi satıla bilməyən məhsulu əks etdirir və təxminən 15 min fərdi kompüterin alıcı tapmadan anbarlarda yatması deməkdir. Anbarlarda qalan məhsulun ildən ilə çoxalması yerli kompüter istehsalçılarının vəziyyətinin getdikcə pisləşməsindən xəbər verir.
Müəssisələrin dövriyyə kapitalı gündən günə mənəvi qocalan ölü kapitala çevrilib ki, bu da istehsal səviyyəsini xeyli aşağı salıb. Məsələn, Mingəçevirdə 2005-ci ildə istifadəyə verilmiş kompüter zavodu ildə təxminən 10 minə yaxın fərdi kompüter istehsal etdiyi halda, hazırda illik istehsalı 1000-1200 ətrafında dəyişir. Yəni bu zavodun istehsal səviyyəsi 10 dəfəyə qədər düşüb. Bunun nəticəsində zavodun işçi sayı 5 dəfəyə qədər azalıb, bir vaxtlar 250 nəfərin çalışdığı müəssisədə indi 50 nəfərə qədər adam işləyir. Şamaxıda bir neçə il qabaq tikilmiş iri kompüter zavodu isə işini tamamilə dayandırıb və vaxtilə bu müəssisədə işləmiş 500 nəfərə yaxın insan iş yerini itirib.
Nə baş verir? Azərbaycanda fərdi kompüterlərə maraq bu qədərmi azalıb? Əsla yox, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, Azərbaycanda ev təsərrüfatlarında kompüter mövcudluğu göstəricisi hər il 10 faizə qədər artır. Yəni statistikaya görə, əgər 2011-ci ildə Azərbaycanın ev təsərrüfatlarının 38%-də kompüter olubsa, 2012-ci ildə bu göstərici 47,7%-ə çatıb. Azərbaycanda təxminən 2 milyon ev təsərrüfatı var və bu o deməkdir ki, 2012-ci ildə 200 min ailə evinə kompüter alıb. Və göründüyü kimi, bu kompüterlərin yalnız 0,5%-ni Azərbaycan istehsalçıları təmin ediblər.
ANS PRESS-in ticarət şəbəkəsində apardığı araşdırmadan belə məlum olub ki, alıcılar yerli istehsalçıların məhsulların elə də maraq göstərmirlər. Çünki eyni göstəricilərə malik kompüterlər yerli istehsalçılar tərəfindən 500-600 manata təklif edildiyi halda, idxalçılar tərəfindən 350-400 manata satılır. Nəticədə, əhali daha ucuzuna qaçır. İstehsalçılar bu rəqabət uğursuzluğunun əsas səbəbini gömrük rüsumlarında görürlər. Məsələ bundadır ki, ölkəyə idxal edilən hazır kompüterlərdən 3% rüsum tutulduğu halda, kompüter hissələrinin idxalı zamanı 15-18% tutulur. İdxalçılar həm də ölkəyə nisbətən mənəvi qocalmış zəif kompüterləri gətirirlər ki, onu da kampaniya qiymətləri ilə ucuz alırlar. Məsələ bundadır ki, Qərbdə istehsalçılar məhsulların təxminən 25-30%-ni zəmanət fondu kimi saxlayırlar və 1-2 ildən sonra çox ucuz qiymətə satırlar. Məhsul həm zamanla aşınır, həm də mənəvi qocalır. Bu səbəbdəndir ki, Qərbin ticarət şəbəkəsində əksər kompüterlərin əməliyyat yaddaşı 4 geqabayt olduğu halda, Azərbaycanda satılan kompüterlərin əməliyyat yaddaşı adətən 2 geqabayt təşkil edir. Yəni bu əlverişsiz idxal oyunu yerli istehsalçını müflisləşdirməklə yanaşı, ölkəyə mənəvi və texniki köhnəlmiş texnikanın gətirilməsinin də baiskarıdır.
Bu səbəbdəndir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təcili olaraq ölkədə gömrük tariflərinə yenidən baxılmasını vacib sayır. “Belə gömrük rüsumları sovet praktikasından qalıb. Sovet dövründə yığım hissələri ölkə daxilində istehsal edilirdi, o cür qaydalar xaricdən ehtiyat hissələri gətirməyin qarşısını almaq üçün idi. Amma Azərbaycanın vəziyyəti elədir ki, daxili istehsalın stimullaşdırılması üçün yığım hissələri xaricdən gətirilməlidir. Dünyanın aparıcı elektronika ölkələri, məsələn, Yaponiya yığım hissələrinin böyük hissəsini başqa ölkələrdən alır. Əslində, xaricdən gətirilən hazır mallara yüksək idxal rüsumu qoyulmalıdır”,- deyə iqtisadçı-ekspert vurğulayır. Onun sözlərinə görə, bu cür qaydalar yalnız kompüter istehsalında deyil, xaricdən gətirilən hissələrə əsaslanan bir çox sahələrə də aiddir. Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan gömrük praktikası məhz büdcənin doldurulması məqsədini daşıyır və bu praktika dəyişdirilməlidir: “Gömrük rüsumları daxili bazarın qorunması məqsədi ilə olmalıdır. Müasir dünyada görük rüsmlarının heç bir fiskal əhəmiyyəti yoxdur. Avropa Birliyi ölkələrində gömrük rüsumları büdcə daxilolmalarının 0,7%-ni təşkil edir, ABŞ-da isə 1%-ə yaxındır. Ehtiyat hissələrə tətbiq edilən gömrük vergisi hazır məhsula tətbiq ediləndən dəfələrlə aşağı olmalıdır ki, ölkədə iş yerləri yaradıla bilsin. Digər inkişaf etmiş ölkələrdə də belə edilir”.
İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük ərəfəsində olduğu bir məqamda bunun edilməsi çox önəmlidir: “Bizim müəssisələr ÜTT-yə girən məqamda güclü olmalıdır. ÜTT-yə girdikdən sonra da müəyyən müddətdə qanunvericilik baxımından heç bir dəyişiklik olmur. Digər ölkələr kimi Azərbaycan da ÜTT-yə girdikdən sonra keçid müddəti əldə edəcək, 7 il keçid müddəti var. Keçid müddətində Azərbaycan daxili bazarın qorunması ilə bağlı bütün fəaliyyətini həyata keçirməlidir”.
Qeyd edək ki, ÜTT-nin üzvü olan Rusiya və Türkiyədə də yerli kompüter istehsalının stimullaşdırılması ilə bağlı tutarlı addımlar atılır. Hökumətin stimullaşdırma tədbirləri nəticəsində dünyada tanınmış “HP” şirkəti 2011-ci ildə Türkiyədə öz bölməsini yaradıb və ildə 2,4 milyon kompüter istehsal edir. Həmin kompüterlərin böyük bölümü Türkiyədə satılır. Ankara bir sıra vergi güzəştləri ilə yanaşı daxili hökumət satınalmalarında “HP Türkiyə”nin kompüterlərinə üstünlük verir. Türkiyə baş naziri Ərdoğan “yerli kompüter 15 faiz baha olsa da, yerli mal alın” deyərək dövlət məmurlarına səslənib. Kompüter sənayesi yeni olan Rusiyada daxili istehsalın stimullaşdırılması ilə bağlı böyük işlər görür və artıq yerli kompüterlər şimal qonşumuzun bazarında 20%-ə qədər yer əldə edib. Azərbaycanın da yaxın əlaqələrə malik olduğu bu iki qonşusunun yolu ilə getməsinin vaxtı çoxdan çatıb.
Mənbə
ANS PRESS -
12-19-2013, 04:13 AMBilgar
Azərbaycan da vaqon istehsal edəcək
Yayım Tarixi: 16.11.2013 10:04
Azərbaycan
Yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq
Yaxın vaxtlarda Azərbaycan Nəqliyyat Nazirliyi İsveçrənin elektrik qatarları istehsal edən "Stadler Rail AG" şirkəti ilə 30 vaqonun alınmasına dair müqavilə imzalayacaq. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq:
"Yeni vaqonların alınması üzrə danışıqlar artıq başa çatıb və biz ümid edirik ki, bu şirkətlə əsas müqavilə yaxın vaxtlarda imzalanacaq. Həmin şirkətin sərnişin vaqonları müasirdir və bütün dünya standartlarına cavab verir. Biz, həmçinin bu şirkətin Azərbaycanda zavodunun tikilməsi barədə razılığa gəlmişik".
islamazeri -
12-19-2013, 04:26 AMBilgar
Hərbi gəmilərin inşasına başlayırıq
Azərbaycanda gələn ildən hərbi gəmilərin inşasına başlanılacaq.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən Hərbi Dəniz Qüvvələri üçün müxtəlif təyinatlı bir neçə gəminin layihəsi təqdim olunub, layihələr razılaşdırıldıqdan sonra gəmilərin tikintisinə start veriləcək.
Qeyd edək ki, HDQ-nin modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycan 2020-ci ilə qədər Xəzər dənizində öz imkanlarını artırmağı və müasir gəmilərə sahib olmağı planlaşdırır. Bu çərçivədə HDQ-nin yeni bazası, həmçinin şimal və cənub istiqamətlərində divizionlar inşa olunacaq.
Bu çərçivədə Azərbaycan 2014-cü ildə Rusiyadan gəmilərin silahlandırılması üçün sifariş verdiyi «Uran-E» zərbə-raket komplekslərini təhvil alacaq.
RST -
12-19-2013, 04:30 AMBilgar
Azerbaycan-da sovet dovrunde agir senaye cox zief inkisaf etmisdi. Indi yaxsi ki, bu saheye cox diqqet yetirilir. Yaxsi olar ki, hem de kend teserufati unudulmasin.
-
01-13-2014, 09:26 PMBilgar
Azərbaycan ənənəvi metallurgiya sənayesini bərpa edir
2013-cü ilin 11 ayı ərzində Azərbaycan xaricdən bir milyard dollarlıq qara metal və ondan hazırlanan məmulatlar idxal edib
Müəllif
Elmidar Əliyev
Baxılıb
386
Kateqoriya
[
2013-cü ilin 11 ayı ərzində Azərbaycan xaricdən bir milyard dollarlıq qara metal və ondan hazırlanan məmulatlar idxal edib. ANS PRESS-in məlumatına görə, halbuki yerli istehsal yüksək səviyyədə olsaydı, bu vəsait ölkəmizdə qala bilərdi. Ölkəmiz bu gün metallurgiya sənayesi məhsullarına olan tələbatının böyük hissəsini xaricdən idxal hesabına ödəyir. Məhz buna görə, prezident İlham Əliyev Azərbaycanda bu sahədə yeni müəssislərin yaradılmasını tapşırıb.
Dövlət başçısının sözlərinə görə, metallurgiya sənayesinin inkişafı üçün ölkədə kifayət qədər xammal ehtiyatı var və ona görə də 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalı və yeni metallurgiya kombinatı tikilməlidir.
Ölkəmizdə bu sahənin zəngin ənənələri də var. Hələ 1950-ci ildə zəngin xammal mənbəyi olan Daşkəsən dəmir filiz yatağı istifadəyə verilib. Burdakı filizsaflaşdırma zavodu 1954-cü ildən işə salınıb. Sonralar Gəncədə, Sumqayıtda böyük alüminium və boru zavodları istehsala başlayıb. Lakin 90-cı illərdə SSRİ-nin süqutu, Azərbaycan iqtisadiyyatında baş verən durğunluq metallurgiya müəssisələrinin işinin dayanmasına, hətta bu zavodların dağıdılmasına səbəb oldu.
İqtisadçı ekspert Qubad İbadoğlu bu sahənin inkişafını ölkə iqtisadiyyatı üçün vacib sayır: "1993-cü ildə dövlət proqramı qəbul edildi. Amma onda vəsait yox idi. Böyük vəsait lazım idi. Yalnız 2010-cu ildə real istehsal başladı"
Amma bu gün də metallurgiya sənayesinin yaxşı günlər yaşadığını demək olmaz. Doğrudur, bir neçə iri özəl zavodlar var. Amma onların istehsal həcmi o qədər də çox deyil.
Ekspertin sözlərinə görə, metallurgiya sənayesi regionlarda yerləşdiyi üçün regional sosial-iqtisadi inkişafa töhvə ola bilər: "Regionlarda iri müəsisələrin fəaliyyət göstərməsi xüsusilə də Gəncə, Sumqayıt, Daşkəsən və Gədəbəydə yeni sənaye şəhərlərinin formalaşmasına gətirib çıxaracaq".
Metallurgiya sənayesinin inkişafı məşğulluq probleminə də müsbət təsir edə bilər. Metallurgiya sənayesi əmək tutumlu olduğundan bu sahənin inkişafı xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması deməkdir. Statistik məlumatlara görə, hazırda bu sahədə 6 minə qədər insan çalışır. Bu sektorun özəlliklərindən biri də burda işin xüsusiyyəti ilə bağlı əmək haqqının yüksək olmasıdır. Məsələn, metallurgiya müəssisəsində çalışan bir işçinin orta aylıq əmək haqqı 600 manata yaxındır. Amma təəssüf ki, bu gün metallurgiya sahəsinin ümumi sənayedə payı cəmi 1-2%-dir.
Mütəxəssislər hesab edir ki, metallurgiya sənayesinin inkaşafı yalnız hökümətin imkanları hesabına həyata keçirilməməli və xarici investorlar da cəlb olunmalıdır. Həmçinin daha çox kiçik və orta müəsisələrin yaradılmasına üstünlük verilməlidir. Bu yolla ölkə metallurgiya məhsullarının dünya bazarındakı qiymət dəyişikliyindən irəli gələn risklərdən qoruna bilər.
Anspress -
01-13-2014, 09:30 PMBilgar
Benzin ixracı niyə dayanır?
Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb
Müəllif
Elmidar Əliyev
Baxılıb
493
Kateqoriya
[
Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb. Bu rəqəmlər 2012-ci ilin müvafiq ayında ixrac edilən benzindən 38 dəfə azdır. Ümiyyətlə 2013-cü il ərzində benzin ixracı əvvəlki ilə nisbətən 4,2 dəfə azalıb. Dizel yanacağının ixracında azalma isə 2.3 % civarında olub.
Ekspertlər azalmanı ölkəmizdə nəqliyyat vasitələrinin son illər artması ilə bağlayırlar. Avtomobiilərin sayının artması dövləti istehsal olunan benzini daxili təlabatı ödəməyə cəlb etməyə vadar edir.
Benzin ixracının azalması 2013-ci ilin yayından xüsusilə hiss olunur. Avqust ayında satış birdən birə 608 tona endi, oktyabrda isə ümumiyyətlə ixrac olmayıb. Noyabr və dekabrda isə ixracın həcmi cüzidir.
Mütəxəssislər deyir ki, gələcəkdə ölkənin daxili təlabatına cəlb olunan yanacağın həcminin artırılması zəruri olacaq. Bunun üçün isə dövlət bir sıra addımlar atmalıdır.
Hökümət də öz növbəsində bütün resursları daxili bazara yönəlmək istəyir. Dövlət Neft Şirkəti rəsmilərinin sözlərinə görə, 2014-cü ildə qurumun hasil etdiyi neftin ixracı tamamilə dayanacaq. Bu xammal benzin istehsalına yönələcək. Bundan başqa yeni neft emalı zavodunun tikintisi də benzin istehsalının artımına səbəb olacaq.
ANS PRESS -
01-13-2014, 09:35 PMBilgar
13.01.2014 08:44
Gəmiqayırma Zavoduna 470 milyon dollar xərclənib
"Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək"
Müəllif
Elmidar Əliyev
Baxılıb
511
Kateqoriya
[
Bakı Gəmiqayırma Zavodunun inşasının I mərhələsi 470 milyon dollara başa gəlib. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə AİŞ üçün əlamətdar layihələrdən biri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), AİŞ və "Keppel Offshore & Marine" şirkətinin birgə müəssisəsi, 2013-cü ilin sentyabrında isə Prezident İlham Əliyev tərəfindən açılan "Bakı Gəmiqayırma Zavodu" MMC oldu:
"Zavod ixtisaslaşdırılmış və ticarət gəmilərinin geniş spektrinin, həmçinin platformaların təchizat gəmiləri kimi çoxməqsədli dəniz gəmilərinin, tankerlərin və yük gəmilərinin tikintisi üçün nəzərdə tutulub. Müəssisədə habelə gəmilərin təmiri də həyata keçirilir. "Keppel" zavodun səhmlərinin 10 faizinə sahibdir və müəssisənin istismarı və idarə olunmasına görə tam məsuliyyət daşıyır. ARDNŞ 65 faizlik payla, eləcə də müəssisənin səhmlərinin dörddə birinə sahib olan AİŞ iri sərmayəçilərdir. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra təmir və yenidənqurma üzrə ildə 100-ə qədər iş görməyi bacaracaq".
R.Nəcəfin sözlərinə görə, layihənin ikinci mərhələsi üzrə planlara tərsanənin tikintisi, eləcə də şelf layihələri üçün istehsal xəttinin tikintisi daxildir: "Yüksək ixtisaslı insan resursları, dünya təcrübəsi, həmçinin yaxşı strukturlaşdırılmış investisiyalar sayəsində zavod yaxın gələcəkdə gəmi inşaatında dünyada tanınmış qabaqcıl mərkəz olacaq. Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək".
Mənbə
ANS PRESS -
01-18-2014, 05:14 AMBilgar
Gəncə Avtomobil Zavodu MAZ avtobuslarını yığmağı nəzərdə tutur
- "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində Belarus Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşko ilə MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri barədə söhbət aparılıb.
“Marja” xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodu məlumat yayıb.
Baş nazirin müavini müasir dizayna və rahatlığa malik avtobusların Gəncədə yığımı təklifini müsbət qarşılayıb. O, Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb.
Müəssisədə yığım sexləri ilə yaxından tanış olan Baş nazirin müavini "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində istehsal olunan traktor və avtomobillərlə, eləcə də kommunal və kənd təsərrüfatında istifadə ediləcək qoşqu və qurğularla tanış olub.
Müəssisədə yaradılan şəraiti yüksək qiymətləndirən qonaq Azərbaycan-Belarus və Almaniya şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yığılan və zibil tullantılarının daşınması üçün nəzərdə tutulan avtomobilləri nəzərdən keçirdikdən sonra Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb. Vladimir Semaşko Belarus traktorları və avtomobillərinin yığıldığı Gəncə Avtomobil Zavodunda yeni layihənin reallaşdırılmasının vacibliyini qeyd edib.
Semaşko, traktorların yığılmasından digər kənd təsərrüfatı aqreqatları və "Belarus" traktorunun tərkibində istifadə edilən kənd təsərrüfatı texnikasının bütün kirşələrinin istehsalını da müzakirə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı ikitərəfli əməkdaşlığın əsası hesab olunan danışıqların nəticəsi kimi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi "Minsk Avtomobil Zavodu" ASC və "Minsk Traktor Zavodu" RUM ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda müxtəlif növ "MAZ" avtomobillərinin və "Belarus" traktorlarının yığımı davam edir. 2007-ci ilin mart ayından 1 oktyabr 2012-ci ilə qədər Gəncə Avtomobil Zavodunda 4000-ə yaxın "Belarus" traktoru və 2000-dək "MAZ" avtomobili yığılıb.
Bundan başqa, "Belaqromaş" və "Dorelektromaş" müəssisələri ilə işbirliyinin dairəsi genişlənib. Bunun nəticəsində Gəncə Avtomobil Zavodunda "Belarus" traktorlarına müxtəlif asma və qoşqu avadanlığının istehsalı təşkil olunub. 2010-cu ildən 1 oktyabr 2012-ci ilədək zavodda "Belarus" traktorlarının bazasında, ümumilikdə 34 ədəd ekskavator və asfaltkəsən texnikası, 86 ədəd müxtəlif təyinatlı kommunal texnika və 50 ədəd müxtəlif kotan və digər kənd təsərrüfatı işlərində istifadə olunan aqreqatlar istehsal olunub.
2011-ci ilin aprel ayından Bakıda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Marketinq və servis müəssisəsi fəaliyyətə başlayıb. Burada zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı həyata keçirilir, təmir və servis xidməti göstərilir. Məlumat üçün bildirək ki, Gəncə Avtomobil Zavodu istehsal etdiyi texnikaya 1 il zəmanət verir və ölkənin bütün regionlarında təminatlı təmir və keyfiyyətli servis xidməti təşkil edib. Servis mərkəzlərində səyyar təmir briqadaları fəaliyyət göstərir.
7 iyul 2011-ci il tarixində Belarusun Baş naziri Mixail Myasnikoviç Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncə Avtomobil Zavodunda olub. Otən ildə "Gəncə Avtomobil Zavodu" İB və "Minsk təkərli dartıcı zavodu" ASC arasında Gəncə zavodunda təkərli dartıcıların yığımının təşkili ilə əlaqədar əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır.
Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və "Amkodor" ASC arasında yerli şəraitdə "Amkodor" məhsullarının yığım istehsalının təşkili barədə müvafiq danışıqlar aparılır.
Bundan başqa, şəhərlərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri araşdırılır və bu istiqamətdə də işlər aparılır.
Məlumat üçün bildirək ki, 2010-cu ilin mart ayında Almaniyanın "Haller" və Belarusun Minsk Avtomobil Zavodu ilə Gəncə Avtomobil Zavodunda yığımdan keçən "MAZ" avtomobil şassisində "Haller"in kommunal avadanlığının quraşdırılmasına dair üçtərəfli əməkdaşlıq protokolu imzalanıb. Gəncə Avtomobil Zavodu, Minsk Avtomobil Zavodu və "Haller" şirkəti ilə birgə Azərbaycan şəraitinə uyğun müasir 21 kubmetr tutumu olan avadanlığın MAZ-6312A8 AVRO-4 və AVRO-5 şassisinin bazasında quraşdırılması barədə razılığa gəlinib. Bunun üçün zavodda yeni 7000 kvadratmetr sahəsi olan və müasir texnoloji xətt və avadanlıqlarla, o cümlədən boyama kamerası ilə təchiz olunan yığım sexi təşkil olunub. Nəzərdə tutulduğu kimi, 2011-ci ilin iyun ayından Gəncə Avtomobil Zavodunda MAZ şassisinin bazasında "Haller" kommunal texnikasının yığımı təşkil olunub. Ötən ildən bəri 24 ədəd texnika yığımdan keçib, 16 ədədin üzərində isə tamamlama işləri aparılır.
Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 700-ə yaxın işçi çalışır və orta əməkhaqqı 382 manat təşkil edir.
© Marja
- "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində Belarus Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşko ilə MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri barədə söhbət aparılıb.
-
01-18-2014, 05:17 AMBilgar
[
2014-cü il «Sənaye ili» elan olundu
- 10.01.2014
-
Prezident İlham Əliyev 2014-cü ilin “Sənaye ili” elan edilməsi barədə sərəncam verib.
Sərəncamda deyilir ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Son on ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Hazırkı mərhələdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
- 10.01.2014
-
01-18-2014, 05:21 AMBilgar
Azərbaycan yeni avtomobil modelinin istehsalına başlayır
- Azərbaycanın ilk minik avtomobili istehsalçısı Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan «Azsamand» avtomobillərinin istehsalını və satışını dayandırıb.
«Azsamand» şirkətinin prezidenti Cəzmi Qaya «APA-ECONOMICS»ə bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə nəticələnib. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.
Ölkədə «Azsamand»lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı «Soren» avtomobillərinin istehsalına başlanacaq. İndi «Azsamand»ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar.
Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillərin qiyməti nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni «Soren» avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.
Xatırladaq ki, Azərbaycanda «Azsamand» avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.
- Azərbaycanın ilk minik avtomobili istehsalçısı Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan «Azsamand» avtomobillərinin istehsalını və satışını dayandırıb.
-
01-18-2014, 05:23 AMBilgar
Naxçıvan avtomobil zavodu "Lifan" avtomobillərinin ixracına başlayır
[Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/
Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb. Sənəd NAZ-ın nümayəndə heyətinin Çuntsinə səfəri çərçivəsində imzalanıb.
NAZ-ın rəhbəri Musa Abdullayev Trend-ə deyib ki, Azərbaycan zavodunun texniki mütəxəssisləri respublikada komplektləşdirilən hissələrin istehsalının mərhələli lokallaşdırılmasının planını hazırlayırlar.
Eləcə də Azərbaycanda "Lifan" avtomobillərinin servisinin yaxşılaşdırılması üçün Çin şirkəti ölkə regionlarından birində servis mərkəzi tikəcək.
Abdullayev bildirib ki, bu il Azərbaycanda 2500-3000 ədəd "Lifan" avtomobillərinin istehsalı planlaşdırılır. May ayından ölkədə "Lifan"ın üç yenilənmiş modelinin yığımına başlanacaq.
Görüş zamanı Çin tərəfi Azərbaycan rəhbərliyinin Azərbaycan-Çin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsində, ölkədə biznesin inkişafı üçün əlverişli şəraitin yaradılımasında rolunu yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycanın siyasəti onun iqtisadi inkişafına kömək edir və onun regionda liderliyini təsdiqləyir.
2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və Çinin Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd avtomobil korporasiyası əməkdaşlıq haqqında saziş imzalayıb. -
01-20-2014, 10:32 PMBilgar
Bu cox ela xeberdir. Biz ele bu 3 avtomobil zavodlarimizi inkisaaf etdirsek olke daxilinde milli marka kimi movqelense ve yaxin olkelerin bazarlarina ixrac edilse. Gelecekde strategiya ile uzaq xarici bazarlara cixmaq olar.
C. Koreya firmalari yaxsi numunedir ilk olaraq xarici sirketler ile birge muesse qurdular sonra ise oz yerli firmlari yarandi ve xarice ixracata basladilr.
