Facebook böyüyür.
Üzv sayı 300 milyonu aşdı!
İnternet ictimailəşmə saytı Facebook, xərclədiyindən daha çox qazandığını və üzv sayının 300 milyonu aşdığını açıqladı.
Facebook saytının bərabər qurucusu və müdiri Mark Zuckerberg blogunda etdiyi şərhdə, son üç dörddəbirdə "müsbət nağd axışı" əldə etdiklərini və son iki ildir təmin etdikləri gəlirin işlətmə xərclərini çox çıxardığını ifadə etdi.
"Bu bizim üçün əhəmiyyətli, çünki Facebook müstəqil və uzun dövrdə qalıcı bir xidmət olma yolunda irəliləyir" deyən Zuckerberg, 5 il əvvəl Harvard Universitetində bir şagird otağında yoldaşıyla başlatdığı veb saytıyla əlaqədar heç bir maliyyə məlumatı açıqlamadı.
Məşhur ictimailəşmə saytının qurucularından Zuckerberg, Facebookun böyümə sürətinin artmağa davam etdiyini, Apreldən bu yana yüzdə 50dən çox artdığını və bunun da ən çox üzvə sahib ictimailəşmə saytı olma xüsusiyyətini gücləndirdiyini qeyd etdi.
Zuckerbergin bu şərhiylə Facebookun hələ dəqiq bir qazanc yaza bilmədiyi, ancaq gedərək artan məşhurluğunun maliyyə mənada məhsuldar hala gəlməyə başladığını nəzərdə tutduğu şərhi edilir.
Mütəxəssislər, 300 milyonu aşan üzvüylə Facebookun hər il reklamlardan yüz milyonlarla dollar gəlir təmin etdiyini təxmin edirlər.