[
Yüksək qan təzyiqi ilə dünən səhər Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Yaşar Nurinin hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinin həkimi Rauf Cəfərquliyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstənin vəziyyəti stabildir:
"Buna baxmayaraq, bizim özümüzü maraqlandıran suallara cavab tapmaq üçün müayinələri davam etdiririk. Biz daha çox beyin qansızmasından şübhələnirik. Müayinələrlə bunun baş verib-verməməsini dəqiqləşdirməyə nail olmaq istəyirik. Hal-hazırda intensiv proseduralar aparıldığından xəstənin yanına heç kim buraxılmır. Yaşar Nuri Kliniki Tibbi Mərkəzə daxil olanda huşu özündə olub. İndi də bizimlə normal təmasa girə bilir".
Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti noyabrın 6-da axşam saatlarında pisləşib. Aktyorun qonşularının ANS PRES-ə verdiyi məlumata görə, aktyor axşam saat 19:30 radələrində təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Qonşunun sözlərinə görə, Yaşar Nuri xəstəxanaya aparılarkən huşu özündə olmayıb.
Aktyorun ailəsi ANS PRESS-ə məlumatında sənətçinin təzyiqinin qalxdığını, eyni zamanda orqanizmində müəyyən fəsadlar yarandığını bildirib.
Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub.
Yaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
Printable View
-
11-08-2010, 11:46 AMAgLaYaN_BuLuDYaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
-
11-08-2010, 02:59 PMXeyallarimRe: Yaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
En sevdiyim xalq artistleriden biridir . cox uzuldum , insallah ki, tezlikle saxalar ..
-
11-08-2010, 10:36 PMCielo_E_TerraRe: Yaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
Allah şəfa versin dəyərli sənətkarımıza
-
01-30-2012, 05:21 PMMiladyRe: Yaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
Yahsar Nurinin seheti necedi goresen? :meyus:
-
01-30-2012, 09:14 PMSanem_Re: Yaşar Nurinin beyninə qan sızdığı ehtimal edilir!!!
Allah yardimchisi olsun.Amin
