"Yuventus"un hücumçusu Kriştianu Ronaldoya təkcə futbolsevərlər pərəstiş etmir. Portuqaliyalı futbolçunun fanatları sırasında müxtəlif sahələri təmsil edən məşhur şəxsiyyətlər də var.


"Oh My Goal" "YouTube" kanalı Ronaldoya pərəstiş edən 10 məşhurdan ibarət sıralama hazırlayıb. Siyahıda Useyn Bolt (yüngül atlet), Rihanna (müğənni), Lebron Ceyms (basketbolçu), Arnold Şvartseneqqer (bodibilder, siyasətçi), Priyanka Çopra (aktrisa, model, müğənni), Uill Smit (aktyor), Rafael Nadal (tennisçi), Robbi Uilyams (müğənni), Konor Makqreqor (qarışıq döyüş sənətləri ustası) və Cennifer Lopes (müğənni) kimi isimlərə rast gəlmək mümkündü.


Videonu təqdim edirik: [