Yerevanda Azərbaycan himni oxunub
Himnimiz Ermənistan səmalarında əks səda tapıb. Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Azərbaycanlı cüdoçu Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. O, çexiyalı Lukaş Krpaleki məğlub edib.
Beləliklə, Yerevana gedən 5 azərbaycalı cüdoçu elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş əyarlıdır. Digərləri isə bürünc medallardır.
Bundan əvvəl İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu, Ramin Qurbanov və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.
Re: Yerevanda Azərbaycan himni oxunub
Bu qelebeni eshitdikde cooox sevindim.
Bizimkilere halaldi!
Re: Yerevanda Azərbaycan himni oxunub
Tebrikler..o serefsizler Himinimizi yarimciq kesdiler..5 Neferden biri bizim mehle usagidir Feqan Eminoglu..chatdaki kohne adminlerden ikisi onlari qarsilamga getmisdiler..Yenede Tebrikler