Azərbaycan Dünya Üçüncüsü Oldu
Bədii gimnastika üzrə Yunanıstanda keçirilən 28-ci dünya çempionatında Azərbaycan yığması üçüncü yerə layiq görülüb.
Gimnastlarımız Dinarə Gimatova, Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı bu uğura nail olublar.
Ən yaxşı nəticəni 17 xal toplayan Dinarə Gimatova göstərib. Ardınca Qarayeva və Qurbanova müvafiq olaraq 16.275, 15 xal toplaya biliblər.
Orta hesabla Azərbaycan milli komandası 163.75 xal ilə Rusiya və Belarusiyadan sonra üçüncü yerə layiq görülüb.
Bununla yanaşı Aliyə Qarayeva və Dinarə Gimatova yüksək finallara qatılacaqlar ki, o yarışlarda ilk 20-liyə daxil olan idmançılar 2008 - ci ildə Pekində keçiriləcək Olimpiada oyunlarına vəsiqə qazanacaqlar.
[
[