Bura Ağdamın məşhur «İmarət» deyilən stadionu və Xan Qızı Natavanın ailə məzarlığıdır. İmarətin tarixi XVII əsrin sonlarından başlayır.
[
Vaxtilə burada Xurşidbanu Natəvan yaşayıb.
[
Qarabağ xanlarının cıdır meydanlarından biri də burda yerləşirmiş. Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib.
[
Stadiona hamı “İmarət” deyirdi. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşirdi.
[
Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı.
[
Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burdan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı.
[
Daha heç nə demədən, heç bir şərh vermədən, gəlin, bu şəkillərə birgə baxaq, ağrımızı bir daha yaşayaq…
[
[
[
[
[
[
Ermənilərin xarabaya çevirdiyi Ağdamın «İmarət» stadionu
Printable View
-
06-13-2010, 10:48 AMPOWER_RANGERSErmənilərin xarabaya çevirdiyi Ağdamın «İmarət» stadionu
-
06-13-2010, 03:22 PMAgLaYaN_BuLuDRe: Ermənilərin xarabaya çevirdiyi Ağdamın «İmarət» stadionu
nəhlət bu şərfsizlərə.məlumatlandırdığın üçün tşk
-
06-13-2010, 06:15 PMnauthly_girlRe: Ermənilərin xarabaya çevirdiyi Ağdamın «İmarət» stadionu
Deyəsən bizə elə həmişə bizdən ayri düşmüş vətənimizin ən gözəl guşələrindən biri olan Ağdamimiza kənardan həsədlə baxmağ qalacaq! :(
Haçansa bizim idin ama... :sorry:
