Əsgərlər zabitlərə atəş açdıqdan sonra bir-birlərini güllələyiblər.
Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verən insident zamanı həlak olan və yaralanan hərbi qulluqçuların adları məlum olub. Bu barədə APA-ya hərbi mənbədən bildirilib.
Məlumatda bildirilir ki, yanvarın 28-də saat 18.00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsinin rayonun Qaraqollar kəndi ərazisində yerləşən divizionunda yüksək rütbəli hərbçilər iki əsgər tərəfindən öldürülüb.
Hadisəni əsgərlər - Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov törədib. Onlar tabeliklərində olan silahla polkovnik-leytenant Yusif Cumayev, kapitan Vasif Sadıqov, baş-leytenant Anar Quliyev və gizir Elgün Səmədovu qətlə yetiriblər.
Daha iki hərbçi – mayor Vaqif Babayev və müddətdən artıq xidmət keçən Samir Abbasov isə güllə yarası ilə hospitala yerləşdirilib. Hazırda onların vəziyyəti ağır qiymətləndirilir.
Əsgərlər zabitlərə atəş açdıqdan sonra bir-birlərini güllələyiblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparırlar. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidməti nazirliyin “N” saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verməsi barədə məlumat yayıb. Məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində “N” saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.
Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Printable View
-
01-29-2010, 08:58 PMfidan494Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
-
01-29-2010, 09:02 PMGLAMOURKARe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Goresen niye belediler. :( Oz komandirlerimiz esgerelri doyub oldururler,sonra deyirler ki,ozleri oldurduler,ya intihar etdi. :(
-
01-29-2010, 09:03 PMAgLaYaN_BuLuDMüdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adları
Müdafiə Nazirliyinin Daşkəsən rayonu N saylı hərbi hissəsində baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb.
Qətlə yetirilən hərbi qulluqçular;
Yusif Sadəddin oğlu Cumayev 1973. avqust 1990 Şəki RHK
Vasif Miraləm oğlu Sadıxov 1974. iyul 1992 Ağdaş RHK
Anar Ələddin oğlu Quliyev 1985. iyul 2002 Lənkəran RHK
Elgün Loğman oğlu Səmədov 1989. avqust 2007 Hacıqabul RHK
Yaralananlar:
Valeh Məhəmməd oğlu Babayev 1975. avqust 1993 Göyçay RHK
Samir Eyvaz oğlu Abbasov 1985. oktyabr 2008 Daşkəsən RHK
Bir-birlərini öldürən əsgərlər:
Elxan Bəyalı oğlu Əzizov 1990. yanvar 2009 Bakı, Yasamal RHK
Sadiq Etibar oğlu Məmmədov 1991. oktyabr 2009 Bakı Nəsimi RHK
Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək öldürüblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparır. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir. -
01-29-2010, 09:05 PMAgLaYaN_BuLuDRe: Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adlarını açı
[
-
01-29-2010, 09:07 PMje_demeureRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
:( Allah rehmet elesin...
-
01-29-2010, 09:09 PMAgLaYaN_BuLuDRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
utanmadan deyirler ee bir birlerini gullediler yalansa demisidm indi :angry:
-
01-29-2010, 09:20 PMAgLaYaN_BuLuDRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
cox sag ol minetdaram
-
01-29-2010, 09:21 PMAzerbaycanliRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olubRica ederim - Türkler demişkin :)Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
01-29-2010, 09:43 PMAgLaYaN_BuLuDRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
:)
-
01-30-2010, 09:59 AMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
:(
-
01-30-2010, 10:57 AMDeli_UREKRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Bizim bəzi üzdən iraq Zabitlərə buda azdi!!!!!!!! Allah lənət eləsin elələrinə 18 yaşli uşaqlar idi onlar adam oldurə bilerlər!!!!!
Gör ordaki uşaqlari nə qədər bezdiriblərki məcbur olublar bu yoluseçiblər. O cur zabitlər coxdu onlara demək istəyirəmki haram olsun üstündə gəzdiyiniz bu torpaq sizə ! bu sözlər onlar ücün təsirli sayilmaz çünkü əsgərlərin o qədər söyüşlərin yigiblar ki bu cox azdi.
Mən 6 ayimdan hərbi xidmətdə Manqa kamandiri vəzifəsindəydim hər şeydə əla gedirdit ki təzə palkovnik leytinant gələnə kimi özlərin bomba zabit kimi göstərmək ücün yersiz emrlər verillər görmüşükdə belələrin 20 gününm qalmiş qubvaxta getdim :D
09.09.09 tarixdə prikazimiz cixmisdi 10 nunda Qubvaxtaydim!!!! :mad: 15 ide cixdim İnsan ki dəmir qəfəsin icinə düşür hər şey kecir aglindan ki ki çölə cixim hər şey eliyəcəm ona. ama vallah dəyməz əsgərlikdə olmamis qardaşlara demək istəyirəmki dəyməz o cur şərəfsizlərə baş qoşmaga deyməz!!!! Allah köməyi olsun butun əsgərlərimizin və onlarin icində cox az şərəfli zabitlərimizi yoxsa əsgərin hesabina maşinina benzin tökən zabitləri yox!!!! 20 kəpik dilənən gizirləri Yox.!!
Yazdigimi silin!!nə qədərki bu orduda öz başinaligin qarşisi alinmiyib belə hadisələr çox olacaq :meyus: :mad: nə qədərlo prakratura əsgərin əsgərə şillə vurmagin gözləyirki tutub soysunlar bu davam edəcək!
Mənim bu sözlərimdən elə fikirləşmiyin ki vətənpərvər deyiləm !!! :mad: bu torbaga canimizda qurban !!! ama biz istəmirikki sabaj müharibədə erməniyə satilan zabitlər esgerlərimizi satsin ermənilərə hələ indidə var belə hadisələr Azəri əsgəri Azəri bayraginin ustundə başina oyun acib göndərillər Azərbaycana bunuda eliyən ermənilərə pula işləyən gizir!!!
Hərdən Utanaq özümuzdən İcimizdəki İyrəncləri Təmizləyək !!! :mad: -
01-30-2010, 11:06 AMDamla1Re: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Ay da neler varmiş??? Biz bularlami Qarabağı almaq istiyirik??????? :meyus: :meyus:
-
01-30-2010, 11:12 AMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Bele bir mesel var....''Havada Bulut,Qarabagi Unut''
-
01-30-2010, 11:13 AMDamla1Re: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olubNece yeni unuttttttttt :angry: :angry: :angry: :angry: :angry:Alıntı:
_power_rangers_ Nickli Üyeden Alıntı
-
01-30-2010, 11:16 AMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
bir esger ki sigaret ustunde esger yoldasini oldurur (gozumun qabaginda olub) ne gozlemek lazimdi bu esgerlerden (hemcinin zabitlerden)
-
01-30-2010, 11:18 AMDamla1Re: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
:meyus: :meyus:
-
01-30-2010, 11:21 AMDeli_UREKRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Esgerlikdə qişda kazarmanin içində odun sabasi qulur axşam ele olurki 5-10 esger oturub gece 3-4 kimi söhbət edirdik. İnan Qarabgdan söhbət düşəndə mən hələ bir əsgərimizi görmədiki deyə mən istəmirəm müharibə olsun ölmək istəmirəm 10 nəfərdən ən azi 3-4 deyirdiki Allah and olsun bu deq gederem ölərəm vətən üçün düzdü aramizda ümüdsüz olanlarda olur ama esas o ümüdü öldürməməkdi :mad:
Yaşa ::aze:: AZƏRBAYCAN ::aze:: -
01-30-2010, 11:26 AMGLAMOURKARe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Yashasin cesur essssgerimiz Deli Urek. ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze:: :aferin: :aferin: :aferin:
-
01-30-2010, 11:28 AMDeli_UREKRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olubözümüzdə əsgər olmuşuq,müharibə olsa yenə olacayiq əsgərdə günah axtarmayaq! :yox: :mad:Alıntı:
_power_rangers_ Nickli Üyeden Alıntı
-
01-30-2010, 11:44 AMDamla1Re: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olubŞükür .Cox sağ ol ki bele düşünürsen!Alıntı:
Deli_UREK Nickli Üyeden Alıntı
-
01-30-2010, 05:27 PMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
dusunmekle deyil elemek lazimdi ama ortaliqda hecne yoxdu tessuf ki...demeye qalsa mende cox sey deyerem ama olmur ki olmur...
-
01-30-2010, 05:32 PMDeli_UREKRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olubİnşallah Bir Gün Olar :wink: ::aze::Alıntı:
_power_rangers_ Nickli Üyeden Alıntı
-
01-30-2010, 05:50 PMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
insallah...amin!
-
01-30-2010, 06:22 PMPOWER_RANGERSRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Daşkəsəndə hərbçiləri güllələdikləri iddia edilən əsgərlərin ailələri danışıb
Azərbaycanın Daşkəsən rayonunda Xoşbulaq ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş
verən dəhşətli hadisənin səbəbləri naməlum olaraq qalır. Xatırladaq ki, iki əsgərin avtomat silahdan açdığı atəş
nəticəsində 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb. Sonra isə həmin əsgərlər bir-birlərini güllələyərək öldürüblər.
Bununla da ölən hərbçilərin sayı 6-ya çatıb. ANS-in əməkdaşları hadisənin baş verdiyi hərbi hissənin yerləşdiyi ərazidə olublar. İstintaq qrupu işlədiyindən əməkdaşlarımız hərbi hissənin içərisinə buraxılmayıblar.
Hərbçiləri öldürdüyü iddia edilən 1990-cı il təvəllüdlü əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov sonuncu dəfə oğlu ilə
sentyabr ayında görüşüb. B. Əzizovun verdiyi məlumata görə, həmin vaxt çavuş Əzizov məzuniyyətə gəlibmiş.
Lakin ata oğlunun hərbi hissədə hansısa probleminin olmasından xəbərsiz olub.
"Hərbi hissədə yaxşı hörməti var idi. Komandirlərindən, əsgər yoldaşlarından razılıqla danışırdı. Elə bir problem
olduğunu başa düşməmişəm. Başa düşsəydim, gedərdim ata kimi özümü yetirərdim. Mən bir ata kimi lazım olan
instansiyalara müraciət edəcəm", deyə ata Əzizov bildirib.
Təbiətcə sakit olduğu bildirilən Elxan Əzizov atasından fərqli olaraq anasına və bacısına hərbi hissədə problemləri
olduğunu deyibmiş. Onlar sonuncu dəfə övladları ilə iki gün əvvəl telefonla danışıblar.
Əsgər Elxan Əzizovun anası Şövqiyyə Əzizova:
- Telefonla danışmışdım. Orda onu incidirdilər. Bilmirəm balamın başına nə oyun gətirdilər, neylədilər ona?
-Axı yoldaşınız deyir incitməyiblər?
-Mənə dedi, mən də heç kimə demədim.
Ailəsinin verdiyi məlumata görə, hadisə zamanı ölən digər əsgər Sadiq Məmmədov, hərbi hissədə Elxan Əzizovla
yoldaşlıq edib. Sadiq Məmədovun atası Etibar Məmmədov ANS-ə hələ də hadisənin şokundan çıxa bilmədiyi üçün
konkret nəsə deyə bilməyəcəyini söyləyib. Amma istənilən halda o, ortada təhqir faktı olmasını istisna etməyib.
Əsgər Sadiq Məmmədovun atası Etibar Məmmədov:
-Əgər bu, əlinə silah alıb kiməsə -öz əsgərinə, öz komandirinə atəş açıbsa, deməli burda nəsə var. Onların nəyə görə
bu hərəkti etmələri çox şübhəlidir. Deməli, zabitlərlə bunların arasında nə isə bir anlaşılmazlıq olub.
Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam
bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat
silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək
öldürüblər.
Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs,
qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) 120.2.3-cü
(zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın
qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri,
kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində
araşdırma aparır. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.
Müdafiə Nazirliyinin baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb.
Qətlə yetirilən hərbi qulluqçular;
Yusif Sadəddin oğlu Cumayev 1973. avqust 1990 Şəki RHK
Vasif Miraləm oğlu Sadıxov 1974. iyul 1992 Ağdaş RHK
Anar Ələddin oğlu Quliyev 1985. iyul 2002 Lənkəran RHK
Elgün Loğman oğlu Səmədov 1989. avqust 2007 Hacıqabul RHK
Yaralananlar:
Valeh Məhəmməd oğlu Babayev 1975. avqust 1993 Göyçay RHK
Samir Eyvaz oğlu Abbasov 1985. oktyabr 2008 Daşkəsən RHK
Bir-birlərini öldürən əsgərlər:
Elxan Bəyalı oğlu Əzizov 1990. yanvar 2009 Bakı, Yasamal RHK
Sadiq Etibar oğlu Məmmədov 1991. oktyabr 2009 Bakı Nəsimi RHK
-
01-30-2010, 07:02 PMDeli_UREKRe: Hərbi hissədə baş verən insidentdə 6 nefer helak olub
Gəncə prakraturasida bu hadisəni hərbi sirr deyib ört basdir edəcək nə deyim Allah sizində balavizi esgərlikdə bu vəzyətə salsin deyəcəm ama :D Sizin harinnamiş körpələriviz ya SKAda qulluq edir yada xarici ölkədə :lol:
