Nazir oğlundan Hadisəyə yemək təklifi
Menbe : Bu xeber Azerbaycan gezetlerinden birinden götürülüb
[
Türk müğənninin Bakı səfərindən.
Müğənni ona «baş-başa görüş» təklif edən oliqarx övladını səfirliklə hədələyib.
«Eurovision» mahnı müsabiqəsində dördüncü yeri tutan türkiyəli müğənni Hadisə Açıqgöz bu günlərdə Bakıya etdiyi qastrol səfəri zamanı qalmaqalla üzləşib. Türkiyənin «Posta» qəzetinin xəbərinə görə, azərbaycanlı nazirlərdən birinin oğlu ona «baş-başa görüşmək» haqda sifariş göndərib. Bundan qəzəblənən müğənni nazir oğlundan yaxa qurtarmaq üçün otel otağından çölə çıxmayıb və ona edilən əxlaqsız təklif haqda Türkiyənin Bakıdakı səfirliyinə məlumat verəcəyini çatdırıb.
Bildirilir ki, Hadisə və onu müşayiət edən musiqiçilər Bakıda qaldıqları otelə yerləşəndən az sonra nazir oğlu ona «Buraya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin. Səni gözləyirəm» mesajını çatdırıb. Bundan qəzəblənən müğənni həmin gün oteldə qaldığı nömrədə qapını kilidləyib və çölə çıxmayıb. Lakin azərbaycanlı nazirlerden birinin oğlu ona «İstəyirsə yeməyə ansamblla birlikdə gəlsin, ancaq Hadisə mənim yanımda oturacaq» deyə yenidən mesaj göndərib. Müğənni Türkiyə səfirliyinə müraciət edəcəyini çatdırandan sonra nazir oğlu ondan əl çəkib.
Hadisənin üzləşdiyi bu təklifdən sonra qanı qaralıb və ertəsi gün konsertə məyus halda çıxıb. Bu qalmaqal haqda dünən «Posta»ya istinadən Türkiyənin digər aparıcı qəzetləri də xəbərlər yayıblar. Müğənni özü isə hələlik qalmaqala münasibət bildirmir.
Xatırladaq ki, Hadisə Bakıdakı konsertdə o qədər də yaxşı təsir bağışlamayıb və pərəstişkarlarını məyus edib. Beynəlxalq mahnı müsabiqəsində və ondan əvvəl Avropanın bir çox ölkələrində verdiyi konsertlərlə özünə böyük rəğbət qazandıran müğənninin Bakıya çoxdan planlaşdırılan səfəri zamanı ondan gözlənilən ifanı göstərə bilməməsi mətbuatda da yazılmışdı. İndi məlum olur ki, Hadisənin konsertində yaşanan məyusluğun səbəbi azərbaycanlı nazir oğlunun təklifidir.
Həmin nazirin və oğlunun adı isə göstərilmir. Ancaq birinci dəfə deyil ki, azərbaycanlı nazirlerin övladları Türkiyədən gələn müğənnilərə bu cür təkliflər edirlər. Məsələn, bir neçə ay əvvəl türkiyəli müğənni Ebru Polat Bakıda verdiyi konsert zamanı nazirlərdən birinin oğlu ona 20 min avro dəyərində çanta hədiyyə etmişdi. Sonradan mətbuat hədiyyəni verənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olduğu haqda yazmışdı. Azərbaycanlı nazirlerin övladlarının türkiyəli məşhur müğənnilərdən birinə Bakıda 500 min dollarlıq villa bağışladığı, konsertlərdən birində isə digər türkiyəli qadın müğənninin nazir oğlundan 30 min dollarlıq brilyant qaşlarla bəzədilmiş mikrofon hədiyyə alması da məlumdur.
[
Re: Nazir oğlundan Hadisəyə əxlaqsız təklif
ayib olsun. bezen bele hereketleri gorende azeri oldugumdan utaniram,cunki baska olkelede nazir oglu ornek olmali.
Re: Nazir oğlundan Hadisəyə yemək təklifi skandala yol açıb
O pulu tokenecen iki dene yetimi sevindirsez ne olar ki..
Re: Nazir oğlundan Hadisəyə yemək təklifi
cox pis bir olay.. ::yeriyox::
Re: Nazir oğlundan Hadisəyə əxlaqsız təklif
Alıntı:
Sindy Nickli Üyeden Alıntı
ayib olsun. bezen bele hereketleri gorende azeri oldugumdan utaniram,cunki baska olkelede nazir oglu ornek olmali.
Utanilasi bir sey yoxdu burda. Meshe caqqalsiz olmaz ! HEr yerde olur belle sheyler ! Pulu olan insan gedib Yolda qizlara satashasi deyilki. O da oz tayina satashir :D
Re: Nazir oğlundan Hadisəyə əxlaqsız təklif
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı

razı değilem. ::yeriyox::
Re: Nazir oğlundan Hadisəyə əxlaqsız təklif
Alıntı:
sladkaya Nickli Üyeden Alıntı
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
Alıntı:
Sindy Nickli Üyeden Alıntı
ayib olsun. bezen bele hereketleri gorende azeri oldugumdan utaniram,cunki baska olkelede nazir oglu ornek olmali.
Utanilasi bir sey yoxdu burda. Meshe caqqalsiz olmaz ! HEr yerde olur belle sheyler ! Pulu olan insan gedib Yolda qizlara satashasi deyilki. O da oz tayina satashir :D
razı değilem. ::yeriyox::
Niye Razi deyilsen. Bir kese gore ozumden utanmali deyilem ki:( Her kes etdiyinin cezasini ozu verecek !
Re: Nazir oğlundan Hadisəyə yemək təklifi
Re: Nazir oğlundan Hadisəyə yemək təklifi
Alıntı:
sladkaya Nickli Üyeden Alıntı
:P2 :P2
Aaaaa sen de ele dil cixarirsan. Duz demirem utanmaliyam :(
Re: Nazir oğlundan Hadisəyə yemək təklifi
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
Alıntı:
sladkaya Nickli Üyeden Alıntı
:P2 :P2
Aaaaa sen de ele dil cixarirsan. Duz demirem utanmaliyam :(
mene göre düz demedin..