Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) maliyyə yardımı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasına köməklik göstərilməsini və onların diaspor fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) 2008-ci ildə nəzərdə tutulan təşkilati və ictimai tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi hesabına maliyyə yardımının verilməsi məqsədəuyğun hesab edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 aprel 2008-ci il.
::aze::
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Printable View
-
04-11-2008, 05:00 PMfidan494Azərbaycan Respublikası Prezidentinin sərəncamı
-
04-11-2008, 06:18 PMElif
Fidan'ın Bayram günüdür ::aze:: daha qayıtmırsan ay Fidan neçe il oxuyacaqsan xaricde
