Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
[
Azərbaycanda milli birliyi nümayiş etdirmək məqsədilə fəxri günlərdə dövlət bayrağının hər bir evin pəncərə və eyvanlarında asılmasına çağıran aksiya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Aksiya 28 may - Respublika günü, 15 iyun - Qurtuluş günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü, 18 oktyabr - Müstəqillik günü, 9 noyabr - Bayraq günü, 12 noyabr - Konstitusiya günü, 17 noyabr - Milli Dirçəliş günü, 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü həmrəylik nümayiş etdirilməsinə çağırır. Şuşanın, Qarabağın işğaldan azad olunacağı günlərin də bu siyahıya əlavə edilməsi təklif olunur.
Kampaniya çərçivəsində evlərə 10 gün ərzində 20 min, 1 il ərzində 100 min bayraq paylanılacaq.
“Hər evə bir bayraq” adlı kampaniyanın məqsədi Azərbaycanın dövlət bayrağının hər evdə olmasını təmin etməkdir.
Aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Dövlət Bayraq İdarəsinin dəstəyi ilə keçiriləcək.
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
Toplam 100 min bayraq ev-ev paylanılacaq. Aksiya sabah Fəvvarələr Meydanında start götürəcək. Bayraqlar 50x75 sm ölçüsündə olacaq.Bunu bir necə gün qabaq edərdilər ki bayram günü hər evdə bayraq dalğalansın inşallah Qarabağı alarıq belə bayramların sayı artar Amin
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
Cəfər Cabbarlı "Azərbaycan bayrağına" şeirində yazır:
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
O gün olsun bir göy bayraq Turan üstə açılsın. amin amin ::yerivar:: ::yerivar:: ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze::
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
Qusya məndə elə bilirdim azdır amma bir şey var ki hər evə birdənə veriləcək catar hər evə
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
İnşallah çatar,görəsən bizə gələcəklər? :(
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
inşallah gələr bu gün hər evdə bayraq asılsaydı daha əla olardı:(
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
bize hec kim bayraq vermedi axi??? harda paylanib??
Re: Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq
Bir il icində bütün evlərər paylancaq 5 mərhələdən ibarət olacaq hər mərhələyə 20 min gözləyək bizədə catacaq