Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. “Novosti-Armeniya”nın məlumatına görə, sənəd iki ölkənin müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan arasında imzalanıb.
Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər protokolda öz əksini tapıb. Əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Ən önəmli və Azərbaycanın milli təhlükəsizlik maraqlarına aidiyyəti olan məqam ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında reallaşdırılacaq. ANSPRESS
Rusiya Ermənistanın təhlükəsizliyini üzərinə götürdü
Printable View
-
08-20-2010, 04:43 PMAzerbaycanliRusiya Ermənistanın təhlükəsizliyini üzərinə götürdü
-
08-20-2010, 07:03 PMfidan494Re: Rusiya Ermənistanın təhlükəsizliyini üzərinə götürdü
Iki gun evvel bu metnle tanish oldum, teeccublendirici hal deyil fikrimce.
Pyotr-un 300 il evvel qoyub getdiyi vesiyyet indi de yerine yetirilir.
Bu barede Putinin maraqli çixishlarindan birini dinlemeyinizi tovsiyye edirem. -
08-20-2010, 08:42 PMDeli_UREKRe: Rusiya Ermənistanın təhlükəsizliyini üzərinə götürdü
Ermenistan Rusiyanin arxa baxcasidi,kimse o baga icazesiz gire bilmez bu her kese melumdu.ermeniler yazixlarida o bagda bagbandilar
-
08-20-2010, 09:47 PMcanbellRe: Rusiya Ermənistanın təhlükəsizliyini üzərinə götürdü
Deməli Rusiya Ermənistanin təhlükəsizliyini təmin edir.. Biz isə dost dediyimiz Rusiyanin yardimina tez yetişirik,necə ki, meşələri yandi bizdən,Azərbaycan Fövqaladə Hallar Nazirliyi tərəfindən yardim getdi..Nəticədə köməkçi dövlətlərin adi tv-lərdə çəkildi,adimizi belə çəkib quruca sağ ol deyən olmadi..
