AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA
[
Ermənistan mətbuatı Azərbaycanla cəbhə xəttində vəziyyətin gərginləşdiyi haqda həyəcanlı xəbərlər yayıb. Bu ölkənin yerli qəzetlərindən birinin yazdığına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki təyyarəsi Ermənistan səması üzərində uçuş keçirib. Ermənistan Müdafiə Nazirliyi dərhal həyəcan siqnalı verərək təyyarələrin vurulmasını əmr edib. Lakin Ermənistanın Hava Hücumundan Müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirilənə qədər təyyarələr bu ölkə səmasını tərk edib. Hadisənin iki gün əvvəl baş verdiyi bildirilir, lakin təyyarələrin hansı istiqamətdən Ermənistan hava məkanına keçdiyi göstərilmir. Bununla belə, ehtimal olunur ki, hadisə Ermənistan-Azərbaycan cəbhə xəttinin qərb istiqamətində baş verib. Xatırladaq ki, iki gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 qırıcı-bombardmançı təyyarəsi təlim uçuşları zamanı Tovuz rayonu ərazisində qəzaya uğrayıb.
Re: AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA
Re: AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA
çox sağ olun maraqlı məlumat idi. Amma inanıram ki Ermənistan səmaları dedikdə Qarabağı nəzərdə tutmursuz. ermənistanla sərhəddimiz ancaq Qazax,Gədəbəy.. rayonundandır....
bir daha təşəkkürlər
Re: AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA
ESQ OLSUUNN ::aze:: :alqis:
Re: AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA
::aze:: Minnetdaram, bu xeber ücün. Qoy, Ermeniler bilsinler ki, biz qirqin-savas istemirik, ammmma istesek, biz nelere qadir olduqumuzu özümüz bilirik.
Re: AZƏRBAYCAN QIRICILARI ERMƏNİSTAN SƏMASINDA