Kainatın genişlənməsi və Big Bang gerçəyi
[
Corc Lemetr
XX əsrdə Astronomiya elmi xeyli inkişaf etdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman hesabladı ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının önəmini dərk edən ilk adam isə Belçikanın ən ünlü səma bilicisi Corc Lemetr (Georges Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kainatın bir başlanğıcı olub və həmin başlanğıcdan üzübəri sürəkli şəkildə genişlənir. Belçikalı alimin fikirlərindəki daha bir önəmli məqam isə o idi ki, həmin başlanğıc anındakı partlamadan "artıq" qalan bir radiasiya olmalıydı və bu, hesablana bilərdi. Lemetr əvvəlcə elmi dairələrdə ciddi qarşılanmayan və dəstək almayan bu fikirlərin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməkdə olmasına dair başqa arqumentlər də bir-bir ortaya çıxırdı.
Bu arada Edvin Habbl (Edwin Nubble) adlı bir amerikalı astronom düzəltdiyi nəhəng teleskopla səmanı incələyərkən ulduzların uzaqlaşmalarıyla bağlı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. O, Kaliforniyadakı Mount Vilson (Mount Wilson) rəsədxanasındakı bu kəşfilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərcə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq, həmin təsəvvürləri kökündən sarsıtdı. Habblın kəşfi göstərirdi ki, müşəhidənin aparıldığı nöqtəyə yaxınlaşan ulduzun işığı spektrin bənövşəyi, uzaqlaşan ulduzun işığı isə qırmızı rənginə doğru dəyişir. Yəni Kaliforniyadakı Mount Wilson rəsədxanasından izlənən ulduzlar dünyamızdan uzaqlaşmaqdaydılar. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də birbirlərindən uzaqlaşırlar. Bu isə elə... kainatın genişlənməsi deməkdir!
[
Edvin Habbl
[
Alfa Sentavr ulduzlarından gələn işıqlarının spektlərinin qırmızı və maviyə doğru dəyişmələri bu ulduzların bir-birlərinin orbitlərində hərəkət etdyini ortaya çıxarmışdır. Astronomik müşahidələr bu orbitlərin 80 ilə tamamlandığını göstərib.
Devid Filkinin (David Filkin) "Sterhen Nawking's Universe" adlı kitabında həmin məsələ belə şərh edilib:
- Heç iki il keçmədi ki, Lemetr gözləmədiyi bir xəbər aldı. Habbl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə, elə kainatın genişlənməsi deməkdir. Artıq hər şey sadəcə, zamana bağlıydı. Eynşteyn Habblın çalışmalarıyla ilgilənirdi və Mount Wilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni vaxtda Lemetr də Kaliforniya Texnoloji İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Habblı görüşdürməyi bacardı. Özünün "ilk atom" ideyasını anladaraq, kainatın "dünəni olmayan bir gündə" yaradıldığını söylədi. Bütün lazımlı riyazi hesablamaları artıq aparmışdı. Lemetr sözünü bitirəndə qulaqalarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb, bu fikirlərin indiyə qədər eşitdiyi "ən gözəl və qaneedici şərh" olduğunu etiraf edərək, kainatı sabit və dayanıqlı təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu bildirdi.1
[
Dopler efffektinə görə, qalaktika bizdən sabit məsafədə durubsa, ondan gələn işıq dalğalarının spektri də sabit görünəcək (yuxarıda). Qalaktika getdikcə bizdən uzaqlaşırsa, dalğalar uzanaraq spektrin qırmızı hissəsinə yaxınlaşacaq (ortada). Qalaktika bizə yaxınlaşırsa, dalğalar sıxılaraq spektrin mavi hissəsinə meyl edəcək.
Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran gerçək kainatın bir başlanğıcı olması fikriydi...
Kainatın genişlənməsilə bağlı faktlar artdıqca, yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu gerçəyi əsas tutaraq yola çıxan elm adamları, Lemetrin dediyi kimi, "zamanı geriyə fırladanda" getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeliylə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan bu nöqtənin dəhşətli cazibə qüvvəsi səbəbindən "sıfır həcmə" sahib olacağını göstərdi. Demək, kainat sıfır həcmə malik bir nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayışa "Big Bang" (Böyük partlayış) adı verildi.
Big Bang'ın göstərdiyi önəmli bir gerçək vardı: "sıfır həcm" elə yoxluq demək olduğuna görə, kainat yoxdan var olub. Bu isə, kainatın bir başlanğıcı olduğu deməkdir! Beləliklə, materializmin "kainat əzəli və əbədidir" iddiası darmadağın edildi.
(harun yahya Atom möcüzƏsi)
1. Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık1998, s. 90
Kainatın genişlənməsi və Big Bang gerçəyi
Printable View
-
10-21-2011, 01:29 AMmeridyen2Kainatın genişlənməsi və Big Bang gerçəyi
