Aysel Teymurzadə həyatı və yaradıcılığı
Azərbaycanımıza Eurovision 3-cülüyü qazandıran Aysel Teymurzadə həyatı və yaradıcılığı.
Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Atası ixtisasca jurnalistdir. Uzun illər Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının müdiri olub. Anası elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir. Özündən 16 və 14 yaş böyük iki bacısı var. Uşaqlıqda üzgüçülük, bədii gimastika ilə məşğul olub, balet məktəbində dərs alıb. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasın üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda İngilis, alman, İspan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlyıb. 2006-cıl ildə Bakı “İntellekt” liseyini bitirib. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb.
Hələ uşaq vaxtlarından oxumağa meyl edib. “Pöhrə” və “Tələbə baharı” müsabiqələrinin iştirakçısı olub.
2004-cü ilin avqustunda ABŞ-ın Texas ştatında High School-a daxil olub. 2005-2006-cı illərdə burada oxuyub. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edib və hətta qızıl medala layiq görülüb. Azərbaycana qayıtdıqdan sonra “Yeni Ulduz-4” telelayihəsində iştirak edib.
Hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.
[
Re: Aysel Teymurzadə həyatı və yaradıcılığı
Qizimiz 10 barmaqinda 10 merifet. Mashallah mashallh tuh tuh goz deymesin :D
Re: Aysel Teymurzadə həyatı və yaradıcılığı
Həm gözəl, həm xarici dil bilir, həm yaxşı mahnı oxuyur :D
Re: Aysel Teymurzadə həyatı və yaradıcılığı
Gozellik yarışmasına çıxsa Aysel orda da yer tutar. Ama bu arada Araşında əməyini yerə vurmaq olmaz. Artıq oda bizdən biri oldu. Ona da çoxlu təşəkkür edilməlidi. :D