[
Böyük Bülbülün oğlu olan Polad Murtuza oğlu Məmmədov, 4 Fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Uşaqlıq illərindən musigi atmosferində böyüyən Polad Konservatoriyanı qazanıb, Qara Qarayev sinifini 1968-ci ildə bitirmişdir.
O, mahnı bəstəkarı və öz mahnılarının ifaçısı kimi tanınmışdır. "İstintaq davam edir", "Uşaqlığın son gecəsi", "Baş müsahibə", "Sevinc buxtası", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm" kinofilmlərə, dram tamaşalarına musiqi yazmışdır; simfoniya, simfonik poema və basqa əsərlərin müəllifidir. Bir çox şəhərdə konsərtlərlə çıxış edən müğənni, 1973-cü ildə Azərbaycan Respublikası İncəsənət xadimi, 1982-ci ildə isə Azərbaycan Respublikası Xalq Artisti fəxri ada laik görülmüşdür. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan Polad Bülbüloğlu 1998-ci ildə "Gəl, ey səhər" diskini cixartmişdir.