Şövkət Ələkbərova "Sən dönsən də mən dönmərəm"
Ay şöhrətim şanım mənim
Halı pərişanım mənim
Küsüb məndən özgələrdən
Məni soruşanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim
Birazda səbir eylə ey yar mehriban gəlirəm
Sənin yolunda fədadır bu cisim o can gəlirəm
Vəfalı bülbülünəm həsrəti camalınla
Çəmən çiçəkləri tək bağrım oldu qan gəlirəm
Mənə təsəlli verən bir sənin xəyalindir
Özgə bir dilbərə halım dəyər bəyan gəlirəm
Behişt ola qürbət genə cəhənnəmdir
Vətən məhəbbəti vermir mənə aman gəlirəm
Mənim bu halımı Vahid nigara tez yetirin
Unutmasın məni o yarı həmzəban gəlirəm
Sən gizlədib gül üzünü
Gəl qaratma gündüzümü
Söz eyləyib hər sözümü
Küsüb barışanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim
Şövkət Ələkbərova
Printable View
-
08-29-2007, 05:49 PMsarah
-
08-29-2007, 05:49 PMsarah
Şövkət Ələkbərova "Qəmgin mahnı"
Mən çox gün görmədim
Bil ki, dünyada...
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən...
Hər gülün rəngini
Salıram yada, mən yada...
Ağlaya-ağlaya...
Ağlaya-ağlaya...
Qaranlıqda mən...
Bax, gəlib ilk bahar,
Qaynayır sular...
Gör, nələr söyləyir
Quşların səsi...
Ürəyimdə şirin
Ən xoş arzular, arzular...
Dilimdən düşməyir,
dilimdən düşməyir,
Sevgi nəğməsi... -
08-29-2007, 05:50 PMsarah
Şövkət Ələkbərova - " Qurban adına "
Qurban adına, bir sal yadına
Sənin oduna, yandım bilmədin
Yetər qüssə, qəm, mən seni hərdən
Könlümə həmdəm sandım bilmədin
Gərək biləydin,
Deyib güləydin
Qurban adına, bir sal yadına,
Sənin oduna yandım, bilmədin
Ellər gözəli, məni sevəni
Şux gözəlləri, dandım, bilmədin
Ömrümün gülü, kolumun gülü
Sevdiyim ili, ay gülüm, andım, bilmədin
Nədir bu hicran ?
Səni hər zaman,
Əziz mehriban, a gülüm
Sandım, bilmədim
Qurban adına, bir sal yadına,
Sənin oduna yandım, bilmədin -
08-29-2007, 05:51 PMsarah
Şövkət Ələkbərova - " Oxu tar "
Oxu tar ! Oxu tar !
Səsində o , necə əylənib
Şerlər dinləyim
Oxu tar ! Oxu tar !
Nəğməni su kimi
Alışan ruhuma çiləyim
Ey geniş kütlənin
Acısı-şərbəti
Alovlu sənəti
Zilin var, vəsətin bəəmin var
Sənində quşların
Dəmindən ayrılan
Bir özgə qəmin var
Sənində avara eyləmiş
Dağınıq bir telli "Zərəfşan"
Onun üçün Segahın var
O sarı simlərin lisanı
Salmazmı insanı heyrətə -
08-29-2007, 05:51 PMsarah
Şövkət Ələkbərova "Bülbüllər oxur"
Bülbüllər oxur, çə-çəh edir bağda gül üstə,
Ay oğlan boyu bəstə, gəl əyləş sinəm üstə,
sən məndən öpüş istə, mən deyim gözüm üstə.
Altında boz at, çiynində tüfəng, əlində tatarı,
Ay oğlan səni tanrı! dolan gəl bizə sarı,
Gedərsən yola sallam, qalarsan qadan allam.
Pəh-pəh nə gözəl candır, məgər sərv-i rəvandır,
Ay qız öldüm amandır, məni başa dolandır,
Üzün qoy üzüm üstə, ürəyim dolu qandır. -
08-29-2007, 05:51 PMsarah
Şövkət Ələkbərova - "Sarı bülbül "
Vətən bağı al əlvandır,
Yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin sarı bülbül,
Səsin gəlsin sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Geyib yaşıl donun çöllər,
Həvəsində açır güllər,
Töküb şirin-şirin dillər,
Gəl oyadaq yarı bülbül,
Gəl oyadaq yarı bülbül,
Yarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Bülbül sənin işin qandır,
Aşıqlar oduna yandı,
Nədən hər yerin əlvandır,
Köksün altı sari bülbül,
Köksün altı sari bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Oxu quşlar dilə gəlsin,
Xoş nəfəsin zilə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı bülbül,
Mən çalanda sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül -
08-29-2007, 05:52 PMsarah
Şövkət Ələkbərova "Nizami"
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləm də sənin şəninə şayan.
Gel eylə nəvaziş, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki Könül haradadır? Aldım bu cavabı:
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.
“Rəhm eylə” deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə oynama, ey afəti-dövran!
nsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahı - taban? -
08-29-2007, 05:52 PMsarah
Şövkət Ələkbərova - "Dəşti təsnifi"
Sənin eşqin məni gətirdi dilə
Necə aşiq olur, bülbüllər gülə
Həsrət çəkdim
Könül verdim
Səni sevdim
Mən
Belə bir gözələ
Eşqimi təzələ
Şeyirə,qəzələ
Könül verdim, şeyirə,qəzələ
Əgər məndən ayrı, gəzib, dolansan
Məni bu eşqinə, biganə sansan
Alışaram,od tutaram
Həm yanaram,mən
Unuda bilmərəm
Sənsiz mən gülmərəm
Könlümü vermərəm
Heç kəsə mən könül vermərəm -
08-29-2007, 05:53 PMsarah
Şövkət Ələkbərova "İstə"
Öz məğrur eşqimdə təmənnasızam, (2)
Bir damla istəsəm, bir ümman istə! (2)
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm, bir ümman istə!
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Mənə ulduz boyda işıq ver desəm, (2)
Sən məndən Günəşli asiman istə! (2)
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə!
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən Günəşli asiman istə!
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə! (2) -
08-29-2007, 05:57 PMElif:canim: Çox sağol sarah artık dinlerken eşlik edebilicem şarkıya :alqis: Çok mutlu oldum.Alıntı:
sarah Nickli Üyeden Alıntı
Hər ömrüdə bir ulduza dönər o,
Gah şimşekdir birden çatıb söner o (bu da benim anladığım kadarı) :oops:
