"Eurovision-2009" üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib
Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçini (və ya qrupu) müəyyənləşdirmək üçün keçirilən milli seçim turunun birinci mərhələsinə 30 müğənni qatılıb. Bu barədə APA-ya Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. O bildirib ki, musiqi yarışmasına gedəcək sənətçi "Eurovision"un standartlarına uyğun olmalıdır və Avropanı heyrətləndirməyi bacarmalıdır: "Sıradan bir adamın müsabiqədə iştirakı yaxşı olmazdı. Bu müsabiqədə Azərbaycanı hamımızın üzünü ağ edə biləcək bir namizəd təmsil etməlidir".F. İsmayılov seçimlərin hələ bir müddət davam edəcəyini deyib: "Əgər biz layiqli namizəd axtarışındayıqsa, seçimlərin tez qurtarması mümkün deyil. Ötən il olduğu kimi, bu ildə bir nəfərin üzərində dayanmaq mümkün olmayacaq. Bir neçə namizəd seçiləcək və möhtəşəm milli final gecəsi təşkil ediləcək". İTV nümayəndəsinin sözlərinə görə, birinci turun nəticələri bir həftəyə açıqlanacaq. Qeyd edək ki, birinci seçim turunda iştirak edən sənətçilər arasında Nura Suri, Günəş Abbasova, Aysel Teymurzadə, Arzum, Azad Şükürov, Vüsalə Seyidova və başqaları olub.
Sizce bu defe Azerbaycan neçenci yere çıxar? Fikirlerinizi yazın!
Eurovision 2009
Printable View
-
10-28-2008, 12:49 AMAzerbaycanliEurovision 2009
-
11-08-2008, 04:52 PMAzerbaycanliRe: Eurovision 2009
Deyesen bu haqqda heç kimi fikri yoxdu e :angry:
-
11-09-2008, 05:03 PMcengRe: Eurovision 2009
:-h?mm
-
01-15-2009, 12:58 AMAzerbaycanliRe: Eurovision 2009
Demək bu mövzuda heç kimin bir fikri yoxmuş :mad: Olsa yazardılar yəqin.
-
01-15-2009, 02:46 PMElifRe: Eurovision 2009:tembelAlıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
01-16-2009, 08:11 PMCehennem_MeleyiRe: Eurovision 2009
mence eurovisiona men getmeliyem :D
-
01-17-2009, 03:48 PMAzerbaycanliRe: Eurovision 2009Bunu İctimai Televiziyaya çatdırmaq lazımdı :) Saytımızın istifadəçisi Eurovisionda Azərbaycanı təmsil etsin. Geydiyin paltarın üstünə də Azeri.net loqosu qoyarıq :) REKLAM :)Alıntı:
Cehennem_Meleyi Nickli Üyeden Alıntı
-
01-17-2009, 10:21 PMbusraaaaaRe: Eurovision 2009
1. olamilerrr deyemilerim men ya siz?
-
01-18-2009, 02:02 PMmiss-bakuRe: Eurovision 2009
Bu cox ciddi bir movzudu ve buna laqeyid yanasmaq olmaz. Cunki burda sohbet Azerbaycanin Adindan gedir. Mene ele gelir ki, Eurovizionda Azerbaycani yeni ulduz Azad Sabanov temsil ede biler. Eminem ki, bu il Azerbaycan 4-6-ci yerler rasinda olacaq. AMIN. ::aze::
-
01-18-2009, 08:09 PMBakuRe: Eurovision 2009
Aysel kimi gözəl bir qızla 1. yerə çıxmalıyıq ee :)
